Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2608/2022 21.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: İbrahimov Elvin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə borc tələbinə” dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq (Era Electronocs mağazasında imzalanmış) xx.xx.2019-cu il tarixli, 19728 saylı alğı-satqı müqaviləsi üzrə 258,8 manat məbləğində əsas borcun, 20 manat məbləğində cərimə borcun, 19729 saylı alğı-satqı müqaviləsi üzrə 1227 manat məbləğində əsas borcun, 100 manat məbləğində cərimə borcun və 20220 saylı alğı-satqı müqaviləsi üzrə 3162 manat məbləğində əsas borcun, 300 manat məbləğində cərimə borcun, cəmi 5067,8 manat məbləğində borcun və 71 manat məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 5138,8 manat borcun tutularaq, İddiaçı xeyrinə ödənilməsi tələbini irəli sürmüşdür. İddiaçı 25 iyul 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı müqavilə üzə borcun qaytarılması tələbinə dair ərizəsi onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməməsininə görə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan olunaraq araşdırılmış İddiaçı ilə Cavabdeh arasında (Era Electronics mağazasında imzalanmış) xx.xx.2019-cu il tarixli nisyə alğı-satqı kredit müqaviləsindən görünür ki, müqavilə şərtlərinə görə Cavabdeh iddiaçı təşkilat tərəfindən 19728 saylı alğı-satqı müqaviləsi üzrə 13 ay müddətinə, hər ayda 45 manat ödəmək şərti ilə 638,8 manat dəyərində məişət əşyası nisyə verilmiş, 19729 saylı alğı-satqı müqaviləsi üzrə 18 ay müddətinə, hər ayda 89 manat ödəmək şərti ilə 1599 manat dəyərində məişət əşyası nisyə verilmiş və 20220 saylı alğı-satqı müqaviləsi üzrə 24 ay müddətinə, hər ayda 148 manat ödəmək şərti ilə 3560 manat dəyərində məişət əşyası nisyə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış (Era Electronocs mağazasında imzalanmış) xx.xx.2019-cu il tarixli, 19728 saylı alğı-satqı müqaviləsi üzrə 258,8 manat məbləğində əsas borcu, 20 manat məbləğində cərimə borcu, 19729 saylı alğı-satqı müqaviləsi üzrə 1227 manat məbləğində əsas borcu, 100 manat məbləğində cərimə borcu və 20220 saylı alğı-satqı müqaviləsi üzrə 3162 manat məbləğində əsas borcu, 300 manat məbləğində cərimə borcu, cəmi 5067,8 manat məbləğində borcu vardır. İş materiallarında olan və məhkəmədə elan olunaraq araşdırılmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Cavabdeh İddiaçı (Era Electronocs mağazası) tərəfindən pretenziya məktubu göndərilmiş, məktubun məzmununda Cavabdeh müqavilənin şərtlərini pozması haqda ona pretenziya edilmiş və cəmi 5067,8 manat məbləğində borcu olduğu haqda ona məlumat verilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunaraq araşdırılmış xəbərdarlıq bildirişindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan olunaraq araşdırılmış dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət üçün 71 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında (Era Electronocs mağazasında imzalanmış) xx.xx.2019-cu il tarixli nisyə alğısatqı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh iddiaçı təşkilat tərəfindən 19728 saylı alğı-satqı müqaviləsi üzrə 13 ay müddətinə, hər ayda 45 manat ödəmək şərti ilə 638,8 manat dəyərində məişət əşyası nisyə verilmiş, 19729 saylı alğı-satqı müqaviləsi üzrə 18 ay müddətinə, hər ayda 89 manat ödəmək şərti ilə 1599 manat dəyərində məişət əşyası nisyə verilmiş və 20220 saylı alğı-satqı müqaviləsi üzrə 24 ay müddətinə, hər ayda 148 manat ödəmək şərti ilə 3560 manat dəyərində məişət əşyası nisyə verilmişdir. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə İddiaçı (Era Electronocs mağazasında imzalanmış) olduğu xx.xx.2019-cu il tarixli, 19728 saylı, 19729 saylı və 20220 saylı alğı-satqı müqavilələrinin tələblərini pozaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 258,8 manat məbləğində əsas borcun, 20 manat məbləğində cərimə borcun, 19729 saylı alğı-satqı müqaviləsi üzrə 1227 manat məbləğində əsas borcun, 100 manat məbləğində cərimə borcun və 20220 saylı alğı-satqı müqaviləsi üzrə 3162 manat məbləğində əsas borcun, 300 manat məbləğində cərimə borcun, cəmi 5067,8 manat məbləğində borcun və 71 manat məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 5138,8 manat borcun tutularaq, onun xeyrinə cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. İşin göstərilən halları iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 600.1 və 600.4cü maddələrinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın ödənilməsini tələb etmək hüququ yaranmışdır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə münasib olaraq cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, iddia təmin edilməli və Cavabdeh xx.xx.2019-cu il tarixli, 19728 saylı, 19729 saylı və 20220 saylı alğı-satqı müqaviləsi üzrə cəmi 5067,8 manat məbləğində borcu və 71 manat məbləğində ödənilmiş dövlət rüsumu ümumilikdə 5138,8 manat borcu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 19728 saylı alğı-satqı müqaviləsi üzrə 258,8 manat məbləğində əsas borcu, 20 manat məbləğində cərimə borcu, 22.11.209-cu il tarixli, 19729 saylı alğı-satqı müqaviləsi üzrə 1227 manat məbləğində əsas borcu, 100 manat məbləğində cərimə borcu və 22.11.209-cu il tarixli, 20220 saylı alğı-satqı müqaviləsi üzrə 3162, manat məbləğində əsas borcu, 300 manat məbləğində cərimə borcu, cəmi 5067,8 manat məbləğində borcu və 71 manat məbləğində ödənilmiş dövlət rüsumu ümumilikdə 5138,8 manat borcu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-2608/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2608/2022
21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver