Məhkəmə qərarları › İş №e-2(049)-2631/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2631/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2631/2024 24.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğvi və s. tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə 23 iyul 2024-cü il tarixdə baxaraq, müəyyən etdim : İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğvi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı qərarın 9.2-ci maddəsinə əsasən əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. İddiaçı lizinq obyekti olan 2022-ci il buraxılışlı “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq onlara qaytarılmasını tələb etsə də, həmin avtomobilin dəyərini göstərməmişdir. Bu hal isə iddianın təmin olunduğu və həmin avtomobilin real olaraq mövcud olmadığı halda onun dəyərinin alınınb iddiaçıya verilməsini qeyri mümkün edəcəkdir. Eləcə də avtomobilin qiymətləndirilməməsi iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddianın qiymətinə uyğun olaraq ödənilib-ödənilmədiyini müəyyən etməyə imkan vermir. Lizinq müqaviləsindən görünür ki, əsas məbləğ 12500 manat təşkil eləyir. Avtomobil iddiaçı tərəfindən 12500 manat dəyərində qiymətləndirldiyi halda, dövlət rüsumu 127.5 manat təşkil edəcəkdir. Belə ki, Azərbaycan Respublikasının «X3» Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiməti 10000 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 152.1.5.-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, İddiaçı MMC nun məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddiaçı avtomobilinin dəyərini göstərmədiyi və bununla da ганунла мцяййян едилмиш мябляьдя дювлят рцсумунун юдянилмясини тясдиг едян сяняд яризяйя ялавя еtмядийиндян иддиа яризяси вя она ялавя едилмиш сянядляр иддиаçыйа эери гайтарылмалы вя ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********9 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı MMC nun Cavabdeh qarşı lizinq müqaviləsinin ləğvi və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********9 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar