Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2639/2025 08.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********34058 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER adapter, SAMSUNG qoruyucu, 2 ədəd PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKETL XİDMƏTİ üçün 532,27 (beş yüz otuz iki manat, 27 qəpik) manat ödənilməmiş hissə, 53,23 (əlli üç manat, 23 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********82657 OPPO A38 markalı telefon, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün 132,55 (yüz otuz iki manat, 55 qəpik) manat ödənilməmiş hissə, 13,26 (on üç manat, 26 qəpik) manat cərimə, cəmi 731,30 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İMEİ KODU **********34058 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER adapter, SAMSUNG qoruyucu, 2 ədəd PLYONKAİSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********82657 OPPOA38 markalı telefon, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ almış və nəticədə 731,30 (yeddi yüz otuz bir manat, 30 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 831,6 (səkkiz yüz otuz bir manat, 60 qəpik) manat (18 ay x 46,2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********34058 SAMSUNG GALAXYA15 markalı telefon, SAMSUNG CHARGER adapter, SAMSUNG qoruyucu, 2 ədəd PLYONKAİSTEHSALİ XİDMƏTİ, QİZİLZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET L XİDMƏüTçİün ümumilikdə, 585,50 (beş yüz səksən beş manat, 50 qəpik) manat olmaqla ondan, 532,27 (beş yüz otuz iki manat, 27 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 53,23 (əlli üç manat, 23 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 588 (beş yüz səksən səkkiz manat) manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********82657 OPPO A38 markalı telefon, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün ümumilikdə, 145,81 (yüz qırx beş manat 81 qəpik) manat olmaqla ondan 132,55 (yüz otuz iki manat, 55 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 13,26 (on üç manat, 26 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 754,78 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvilgftəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdehbildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, lakin məhkəmə bildirişi cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İMEİ KODU **********34058 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER adapter, SAMSUNG qoruyucu, 2 ədəd PLYONKAİSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********82657 OPPOA38 markalı telefon, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki xx.xx.2024-cü il müqavilə üzrə 532.27 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 132.55 manat Cavabdeh borcu qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, ilkin ödəniş 18 ay müddətə, hər ay 46.2 manat, cəmi 831.63 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, 12 ay müddətə, hər ay 49 manat, cəmi 588.03 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. . Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 532,27 (beş yüz otuz iki manat, 27 qəpik) manat əsas borc, 53,23 (əlli üç manat, 23 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 132,55 (yüz otuz iki manat, 55 qəpik) manat əsas borc, 13,26 (on üç manat, 26 qəpik) manat cərimə, cəmi 731,30 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-2639/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2639/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver