Məhkəmə qərarları › İş №e-2(049)-2640/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2640/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2640/2022 30.08.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı İrşad Electronics MMC-nin Cavabdeh Süleyman oğluna qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı İrşad Electronics MMC Cavabdeh Süleyman oğluna qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Süleyman oğlundan xx.xx.2021-ci il tarixli, ********* saylı, müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 631 manat məbləğində əsas borcun, 94,6 manat cərimə borcun, cəmi 725,6 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, İrşad Electronics MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki Əliyev X1 Electronics MMC–dən xx.xx.2021-ci il tarixli, ********* saylı, müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə hər ay 49 manat məbləğ ödəmək şərti ilə 18 ay müddətinə dəyəri 877 manat olan Ariston markalı soyuducunu nisyə əldə etmişdir. Cavabdeh müqavilə üzrə ödəniş şərtini pozaraq, xx.xx.2022-ci il tarixdə 50,00 manat ödəniş etmiş və müqavilə üzrə qalıq qalmış 631,00 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Nisyə alğı-satqı müqaviləsinə 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə dəbbə hesablanaraq alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi iki müqavilə üzrə faktiki cərimə borcu 946 manat təşkil edir. Bu səbəblə iddiaçı Cavabdeh Süleyman oğlundan xx.xx.2021-ci il tarixli, ********* saylı, müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 631 manat məbləğində əsas borcun, 94,6 manat cərimə borcun, cəmi 725,6 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, İrşad Electronics MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 284- 5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* saylı, müddətli (nisyə) alqı-satqı müqaviləsindən və maliyyə arayışından görünür ki, Cavabdeh Süleyman oğlu xx.xx.2021ci il tarixli, ********* saylı, müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hər ay 49,00 manat məbləğ ödəmək şərti ilə 18 ay müddətinə dəyəri 877,00 manat olan Ariston markalı soyuducunu nisyə əldə etmişdir. Cavabdeh müqavilə üzrə yaranmış 877,00 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Cavabdeh Süleyman oğlunun xx.xx.2021-ci il tarixli, ********* saylı, müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 631 manat məbləğində əsas borcu, 94,6 manat cərimə borcu, cəmi 725,6 manat borcu qalmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1 və 600.4-cü maddələrinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-nin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Süleyman oğlundan xx.xx.2021-ci il tarixli, ********* saylı, müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 631 manat məbləğində əsas borcu, 94,6 manat cərimə borcu, cəmi 725,6 manat borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı İrşad Electronics MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar