Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2698/2025 14.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iki müqavilə üzrə cəmi 960 manat əsas borc, 30 manat dövlət rüsumu olmaqla, cəmi 990 manat məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2025-ci il tarixdə cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə cavabdehə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılaraq həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehin qeydiyyatda olduğu ünvana göndərilən məhkəmə sənədi onun həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Bundan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehin qeydiyyatda olduğu yer üzrə İcra Nümayəndəliyinə göndərilmişdir. Cavabdeh həmin Nümayəndəliyin ərazisində olmadığından məhkəmə sənədinin onun valideyni, anası X2 verilməsi barədə nümayəndəlikdən məhkəməyə rəsmi qaydada məlumat verilmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli AZK6436523 nömrəli və xx.xx.2023-cü il tarixli AZK6435582 nömrəli alqı-satqı müqavilələrinə əsasən cavabdeh həmin tarixlərdə iddiaçıdan dəyəri 1119 manat və 492 manat olan məişət avadanlıqlarını satın almışdır. xx.xx.2022-ci il tarixli AZK6436523 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərindən 75 manat ilkin ödəniş edərək qalan məbləği hər ay 87 manat olmaqla 12 ay ərzində, xx.xx.2023-cü il tarixli AZK6435582 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən isə cavabdeh aldığı əmlakın dəyərindən ilkin ödəniş etmədən hər ay 41 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh hər iki müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, hazırda onun həmin alqı-satqı müqavilələri üzrə iddiaçıya cəm 960 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəməyə müraciət edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 960 manat əsas borc məbləğinin, həmçinin 30 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdehin müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli AZK6436523 nömrəli və xx.xx.2023-cü il tarixli AZK6435582 nömrəli alqı-satqı müqavilələrinə əsasən cavabdeh həmin tarixlərdə iddiaçıdan dəyəri 1119 manat və 492 manat olan məişət avadanlıqlarını satın almışdır. xx.xx.2022-ci il tarixli AZK6436523 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərindən 75 manat ilkin ödəniş edərək qalan məbləği hər ay 87 manat, xx.xx.2023-cü il tarixli AZK6435582 nömrəli alqısatqı müqaviləsinin şərtlərinə əsasən isə cavabdeh aldığı əmlakın dəyərindən ilkin ödəniş etmədən hər ay 41 manat olmaqla hər iki müqavilə üzrə 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh onunla iddiaçı arasında bağlanmış alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli AZK6436523 nömrəli və xx.xx.2023-cü il tarixli AZK6435582 nömrəli alqı-satqı müqavilələri üzrə cəmi 960 manat əsas borc məbləğinin ödənilməmiş qaldığını bildirərək cavabdehdən 960 manat əsas borc və 30 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqısı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2022-ci il tarixli AZK6436523 nömrəli və xx.xx.2023-cü il tarixli AZK6435582 nömrəli alqı-satqı müqavilələri üzrə ödənilməmiş qalan 960 manat əsas borc məbləğinin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli AZK6436523 nömrəli və xx.xx.2023-cü il tarixli AZK6435582 nömrəli alqı-satqı müqavilələri üzrə 960 manat əsas borc və 30 manat dövlət rüsumu – cəmi 990 manat tutularaq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-2698/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2698/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver