Məhkəmə qərarları › İş №e-2(049)-27/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-27/2025

22.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-27/2025 22.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, ünvan 1 ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yerüstü d=57 mm-lik qaz kəmərinin mühafizə zonasında Cavabdehtərəfindən tikilmiş daş hasarın öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 100,40 manat dövlət rüsümunun cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya sistemində əldə edilən çıxarışdan görünür ki, Cavabdeh 23 noyabr 2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7 maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 256, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar