Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2739/2024 04.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSİ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMANN üçün, 768.36 (yeddi yüz altmış səkkiz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 76.64 (yetmiş altı manat altmış dörd qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********77682 XİAOMİ REDMİ 12 markalı telefon üçün 573.9 (beş yüz yetmiş üç manat doxsan qəpik) manat ödənilməmiş hissə, 57.1 (əlli yeddi manat on qəpik) manat cərimə pulu; xx.xx.2023-cü iltarixli müqaviləyə əsasən, İmei kod **********24093 SAMSUNG GALAXY A14 markalı telefon, AİR SKİN CASE, SAMSUNG CHARGER üçün 436.23 (dörd yüz otuz altı manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 43.77 (qırx üç manat yetmiş yeddi qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED TVüçün 419.7 (dörd yüz on doqquz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 41.3 (qırx bir manat otuz qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********36721 SAMSUNG GALAXY A14 markalı telefon, AKAMİ CLEAR CASE, SAMSUNG CHARGER üçün 331.29 (üç yüz otuz bir manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, 33.71 (otuz üç manat yetmiş bir qəpik) manat cərimə Ümumilikdə 2782 manat borc və 47.82 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərindəki müqavilələrə əsasən, SOYUDUCU HOFFMANN, İmei kod **********77682 XİAOMİ REDMİ 12 markalı telefon, İmei kod **********24093 SAMSUNG GALAXY A14 markalı telefon, AİR SKİN CASE, SAMSUNG CHARGER, HOFFMANN LED TV, İmei kod **********36721 SAMSUNG GALAXY A14 markalı telefon, AKAMİ CLEAR CASE, SAMSUNG CHARGER almış və nəticədə 2782 (iyirmi yeddi manat səksən iki qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1111.84 (min yüz on bir manat səksən dörd qəpik) manat (18 ay x 59.13 manat + 47.5 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANN üçün 845 (səkkiz yüz qırx beş) manat olmaqla ondan, 768.36 (yeddi yüz altmış səkkiz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 76.64 (yetmiş altı manat altmış dörd qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 733 (yeddi yüz otuz üç) manat (12 ay x 57.4 manat + 44.2 manat ilkin ödəniş) olan İmei kod **********77682 XİAOMİ REDMİ 12 markalı telefonüçün 631 (altı yüz otuz bir) manat olmaqla ondan 573.9 (beş yüz yetmiş üç manat doxsan qəpik) manat ödənilməmiş hissə, 57.1 (əlli yeddi manat on qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 569.86 (beş yüz altmış doqquz manat səksən altı qəpik) manat (12 ay x 43.63 manat + 46.3 manat ilkin ödəniş) olan İmei kod **********24093 SAMSUNG GALAXY A14 markalı telefon, AİR SKİN CASE, SAMSUNG CHARGER üçün 480 (dörd yüz səksən) manat olmaqla ondan 436.23 (dörd yüz otuz altı manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 43.77 (qırx üç manat yetmiş yeddi qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1100.1 (min yüz manat on qəpik) manat (18 ay x 60 manat + 20.1 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün 461 (dörd yüz altmış bir) manat olmaqla ondan 419.7 (dörd yüz on doqquz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 41.3 (qırx bir manat otuz qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 516.96 (beş yüz on altı manat doxsan altı qəpik) manat (12 ay x 19.8 manat + 41.43 manat ilkin ödəniş) İmei kod **********36721 SAMSUNG GALAXY A14 markalı telefon, AKAMİ CLEAR CASE, SAMSUNG CHARGER üçün 365 (üç yüz altmış beş) manat olmaqla ondan 331.29 (üç yüz otuz bir manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, 33.71 (otuz üç manat yetmiş bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1502.28 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərindəki müqavilələrindən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında, SOYUDUCU HOFFMANN, İmei kod **********77682 XİAOMİ REDMİ 12 markalı telefon, İmei kod **********24093 SAMSUNG GALAXY A14 markalı telefon, AİR SKİN CASE, SAMSUNG CHARGER, HOFFMANN LED TV, İmei kod **********36721 SAMSUNG GALAXY A14 markalı telefon, AKAMİ CLEAR CASE, SAMSUNG CHARGER alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəllərindən görünür ki, 04275274 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-cü il tarixədək, SOYUDUCU HOFFMANN üçün hər ay 59.13 manat, cəmi 1111.9 manatı; 17239237 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-cü il tarixədək, XİAOMİ REDMİ 12 markalı telefon üçün hər ay 57.4 manat, cəmi 732.99 manatı; 04245764 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-cü il tarixədək, SAMSUNG GALAXY A14 markalı telefon üçün hər ay 43.63 manat, cəmi 569.89 manatı; 04243409 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-cü il tarixədək, HOFFMANN LED TV üçün hər ay 60 manat, cəmi 1100.1 manatı və 04245192 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-cü il tarixədək, İmei kod **********36721 SAMSUNG GALAXY A14 markalı telefon, AKAMİ CLEAR CASE, SAMSUNG CHARGER üçün hər ay 41.43 manat, cəmi 516.99 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1111.84 (min yüz on bir manat səksən dörd qəpik) manat (18 ay x 59.13 manat + 47.5 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANN üçün 845 (səkkiz yüz qırx beş) manat olmaqla ondan, 768.36 (yeddi yüz altmış səkkiz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 76.64 (yetmiş altı manat altmış dörd qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 733 (yeddi yüz otuz üç) manat (12 ay x 57.4 manat + 44.2 manat ilkin ödəniş) olan İmei kod **********77682 XİAOMİ REDMİ 12 markalı telefonüçün 631 (altı yüz otuz bir) manat olmaqla ondan 573.9 (beş yüz yetmiş üç manat doxsan qəpik) manat ödənilməmiş hissə, 57.1 (əlli yeddi manat on qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 569.86 (beş yüz altmış doqquz manat səksən altı qəpik) manat (12 ay x 43.63 manat + 46.3 manat ilkin ödəniş) olan İmei kod **********24093 SAMSUNG GALAXY A14 markalı telefon, AİR SKİN CASE, SAMSUNG CHARGER üçün 480 (dörd yüz səksən) manat olmaqla ondan 436.23 (dörd yüz otuz altı manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 43.77 (qırx üç manat yetmiş yeddi qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1100.1 (min yüz manat on qəpik) manat (18 ay x 60 manat + 20.1 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün 461 (dörd yüz altmış bir) manat olmaqla ondan 419.7 (dörd yüz on doqquz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 41.3 (qırx bir manat otuz qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 516.96 (beş yüz on altı manat doxsan altı qəpik) manat (12 ay x 19.8 manat + 41.43 manat ilkin ödəniş) İmei kod **********36721 SAMSUNG GALAXY A14 markalı telefon, AKAMİ CLEAR CASE, SAMSUNG CHARGER üçün 365 (üç yüz altmış beş) manat olmaqla ondan 331.29 (üç yüz otuz bir manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, 33.71 (otuz üç manat yetmiş bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 47.82 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47.82 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə hər beş müqaviləyə üzrə 2782 manat borcun və 47.82 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(049)-2739/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2739/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver