Məhkəmə qərarları › İş №e-2(049)-2742/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2742/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2742/2025 12.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X4, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» barədə ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı «borcunun silinməsi» barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlak etdiyi təbii qaza görə 913 manat 40 qəpik məbləğində borcun, ödənilmiş 30,00 manat dövlət rüsumunun, cəmi 913 manat 40 qəpik məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Lənkəran X5 İdarəsinin Lənkəran Xidmət Sahəsində abonent kodu **********06820 olmaqla, xx.xx.2025cİ il tarixli, XS-42-1461/25 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Lənkəran rayonu, İstisu Qəsəbəsində yaşayan Cavabdehmənzilində təbii qazdan istifadəyə görə xx.xx.2025-ci il tarixə 913,4 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb Cavabdehsayğac vasitəsilə istehlak etdiyi təbii qazın pulunu ödəməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən 913,4manat məbləğində borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olanistehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 3.4- cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsilə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı İB Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və 1440 m³ itirilmiş təbii qaza görə hesablanmış 288 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonunun İstisu qəsəbəsində ailə üzvlərilə birlikdə yaşayır, uzun müddətdir ki, yaşadığı evdə təbii qazdan istifadə edir, İddiaçı (İB) Lənkəran X5 idarəsi (RQİİ) ilə təbii qazın alqı-satqısı ilə əlaqədar müqavilə bağlayaraq vaxtlı-vaxtında təbii qazdan istifadə ilə bağlı kommunal borclarımı ödəmişdir. Müəyyən vaxtlarda borcları yaransa da, bu borcun ödənilməsindən heç vaxt yayınmamışdır. Hazırki vaxtadək evinin enerji təminatı üçün quradırılmış sayğaclara müdaxilə etməmiş və dövlətin qanunlarına hörmətlə yanaşmışdır. İddiaçı İB Lənkəran RQİİ-nin əməkdaşları 20 oktyabr 2023-cü il tarixdə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* saylı akt tərtib etmiş və evinin sayğacı yeni sayğacla əvəz olunmuşdur. İddiaçı İB Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən bir müddət sonra sayğaca baxış keçirilmiş, sayğaca baxış keçirildikdən sonra «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən sayğa ümumi baxış keçirilmiş, sayğacdan qaz keçməsi, hesablama mexanizmi keçən qazın həcminin qeyd edilməməsi və sayğacın istismara yararsız olması təsbit olunmuşdur. Bununla da, İddiaçı İB Lənkəran RQİİ-nin əməkdaşları qaz itkisinin olduğunu və sayğaca onun tərəfindən müdaxilə edildiyini qeyd etməklə itirilmiş qazın bərpası üçün yuxarıda qeyd edilən aktla onu cərimələmişlər. Daha sonra 30 dekabr 2023-cü il tarixli "dəymiş ziyanın bərpasına dair" tələbnamə ilə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Hesabat əsasında 1440 m³ itirilmiş qazın olduğu müəyyən edilmiş və buna uyğun 288 manat cərimə hesablanmışdır. Həmin cərimə məbləği də borca hesablanmışdır. İddiaçı iddia ərizəsində göstərdiyi məbləğin bir hissəsi borc deyil, akta əsasən hesabladıqları cərimə məbləğidir. Borc məbləği isə tərəfindən ödənilmişdir. İddiaçı İB Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt qanunsuz və əsassızdır. Belə ki, akt tərtib edilərkən onun və iki hal şahidinin iştirakı təmin edilməmiş, qaz sayğacına tərəfindən müdaxilə edildiyi heç bir sübutla əsaslandırılmamış və qaz sayğacı evindən kənarda quraşdırıldığından ona edilən müdaxilə və ya kənar təsirlərə cavabdeh olmadığı və müdaxiləni təsdiqləyən hər hansı bir dəlil olmadığı halda qanunsuz və əsassız olaraq akt tərtib edilmişdir. Sayğac çıxarılsa da, dövlət yoxlamasına göndərilmişdir. İddiaçı İB-nin "Qaz sayğaclarına nəzarət" komissiyasından sayğaca müdaxilə ilə bağlı rəy də alınmamışdır. Sayğacların göstəricilərinə əsasən tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, təqsirinin müəyyən olunmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, itirilmiş qazın dəyərinin hesablanaraq məndən tutulmasını ağlabatan mühakimə hesab etmək olmaz. Məhkəmə iclasında Azəriqaz İB-nin nümayəndəsi Vəkir Məmmədov ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini üzrə hesablanmış cərimənin silinməsinə azı olduqlarını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş: - Cavabdeh ilə Azəriqaz İB arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu İstifadəçisi arasında qazın alqı-satqısı müqaviləsidən müəyyən ki, hazırda həmin müqavilə qüvvədədir, "Qazdan istifadə Qaydaları"nın 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədе məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart" tipli qaz' sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. X3 tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. - Debitor borcun ödənilməsi tələbi barədə Cavabdeh ünvanlanmış məktubda Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tərəfinizdən tam ödənilmədiyindən xx.xx.2025-ci il tarixə 839,02 manat debitor borc yarandığı və müvafiq göstərilən hesaba köçürülməli olduğu qeyd olunmuş və iş materiallarından da müəyyən olunur ki, həmin məktub şəxsin ünvanına çatdırılmışdır. - **********06820 nömrəli Abonent Cavabdeh məxsus abonentin saldosundan görünür ki, 2025-ci il tarixdə olunmuş ödənişlər hesablanmaqla iyun ayının sonuna ümumilikdə 913 manat 41 qəpik borc yaranmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, 20 oktyabr 2023-cü il tarixdə Cavabdeh istifadəsinə sayğac quraşdırılmışdır. Azəriqaz İB-yə məxsus ******* nömrəli akt ilə 25 dekabr 2023-cü il tarixdə Cavabdeh məxsus sayğaca baxış keçirildiyi vaxt sayğacın hesablanma mexanizmi keçən qazın həcmini qeyd etmədiyini və bununla da, yararsız olduğu müəyyən olunur. 30 dekabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh məxsus sayğaca baxış keçirilmiş, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MS- 14-2- 2/3-5-13435/Q006/1 N-li Aktına əsasən G-4 markalı ******* N-li Sayğaca ümumi baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. 1440 m3 ziyan vurulmuşdur. xx.xx.2025-ci il tarixdə təqdim edilmiş **********06820 nömrəli Abonent Cavabdeh məxsus abonentin saldosundan görünür ki, 2025-ci il tarixdə olunmuş ödənişlər hesablanmaqla avqust ayının sonuna ümumilikdə 840 manat 03 qəpik borc yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia da qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 5.5-ci bəndinə əsasən paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında təbi qazın alqı-satqı müqaviləsinə əsasən iddiaçıya olan borc qarşılıqlı iddia üzrə tələb olunan məbləğ çıxılmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, 2023-cü ilin dekabr ayında qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair akt tərtib etmiş İddiaçı İB-nin nümayəndəsi məhkəmə iclasında həmin müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsini sübut edə bilməmişdir. Halbuki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8, 8-1 və 9-cu bəndlərində göstərilmişdir ki, bu Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, cavabdeh İddiaçı X6 İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 172,80 manat məbləğində borc Cavabdeh tərəfindən Azəriqaz İB-nin hesabına ödənilsə də, onun hazırda mövcud olan 840 manat 03 qəpik borcundan silinməlidir. AR MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. AR MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qarşılıqlı iddianın qiyməti 30 təşkil etdiyindən «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1-ci maddəsinə görə iddianın qiyməti 1000 manatadək olduduqda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Qarşılıqlı iddia ərizəsi qismən əsaslı olduğundan X1 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.20 -220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı X6 İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında Cavabdeh hesablanmış 172,80 manat məbləğində borc silinsin. İlkin iddia qismən təmin edilsin. Təbii qazdan istifadə ilə əlaqədar 2025-ci ilin avqust ayının sonunadək Cavabdeh hesablanmış 840,03 manat borcdan 172,80 manat çıxılmaqla Cavabdeh cəmi 667,23 (altı yüz altmış yeddi manat iyirmi üç qəpik) tutularaq, Lənkəran RQİİ-nin Kapital Bank ASC-nin Lənkəran filialı kod: 200383, VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İlkin iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar