Məhkəmə qərarları › İş №e-2(049)-2746/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2746/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2746/2025 29.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 435,9 AZN əsas 65,3 AZN cərimə cəmi 501,2 AZN borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 77,9 AZN əsas 11,6 AZN cərimə cəmi 89,5 AZN borc, ümumilikdə iki müqavilə üzrə 513,8 AZN əsas, 76,9 AZN cərimə, 590,7 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qçıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqımüqaviləsi (müqavilələri) barədə məlumat Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 659,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 28,00 AZN 24 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Taube markalı televizor Son ödəniş məbləği və tarixi: 28,00 AZN xx.xx.2025 Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 435,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 653,00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 65,30 AZN Tutulmalı olan cəmi məbləğ: 501,20 AZN 2 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 109,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 4,00 AZN 24 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Taube markalı tozsoran Son ödəniş məbləği və tarixi: 4,00 AZN xx.xx.2025 Cavabdehnun müddətli (nisyə) alqısatqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 77,90 AZN Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 116,00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 11,60 AZN Tutulmalı olan cəmi məbləğ: 89,50 AZN. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin surəti və məhkəmə bildirişini elektron kabinetə yerləşdirilməkə ilə alsa da, iddiaya qarşı əsaslandırılmış etirazını göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqısatqı müqavilələrindən görünür ki, cavabdehin 513,8 AZN əsas, 76,9 AZN cərimə, 590,7 AZN cəmi borcu vardır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 435,9 AZN əsas 65,3 AZN cərimə cəmi 501,2 AZN borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 77,9 AZN əsas 11,6 AZN cərimə cəmi 89,5 AZN borc, ümumilikdə iki müqavilə üzrə 513,8 AZN əsas, 76,9 AZN cərimə, 590,7 AZN cəmi borcu və 30 AZN ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X1 Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar