Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2750/2024 29.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 avqust 2023cü il tarixli MAS-6060 saylı “Daxili lizinq” müqaviləsi üzrə 29 oktyabr 2023-cü il tarixə borcu əsas məbləğ üzrə 14238.52 manat və gecikdirilmiş mükafat məbləği üzrə 52.69 manat, ümumilikdə 14291.21 manat borc və ödənilmiş 132.88 manat dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2023-cü il tarixli MAS-6060 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 20 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 445.65 manat, ümumilikdə isə 21392 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21392 manatın 14645 manatı əsas məbləğ təşkil edir. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 29 oktyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyətə düşmüş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətə düşmüşdür. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektin tam yararsız vəziyyətə düşdüyü 29 oktyabr 2023-cü il tarixə borcu əsas məbləğ üzrə 14238.52 manat və gecikdirilmiş mükafat məbləği üzrə 52.69 manat ümumilikdə 14291.21 manat təşkil edir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lzinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. “Daxili Lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili Lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə göndərək mülki işə iştirakları olmadan baxıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. İş materiallarında olan: 23 avqust 2023-cü il tarixli MAS-6060 saylı «Daxili lizinq» müqaviləsindən və 1 saylı əlavədən görünür ki, İddiaçı MMC (lizinq verən) 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili Cavabdeh (lizinq alan) qızının müvəqqəti sahiblik və istifadəsinə verilməyi, sonucu isə hər ay sabit olaraq 445.65 manat, sonuncu ay 446.10 manat olmaqla ümumilikdə isə 21392 manat məbləği 48 ay müddətinə illk 20 faiz həcmində mükafat məbləğ ilə ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh 23 avqust 2023-cü il tarixdən 29 oktyabr 2023-cü il tarixədək İddiaçı MMC-nə ödənilməmiş qalan 14238.52 manat və gecikdirilmiş mükafat məbləği üzrə 52.69 manat, ümumilikdə 14291.21 manat borcu vardır. 23 avqust 2023-cü il tarixli MAS-6060 saylı «Daxili lizinq» müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 3 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh 48 ay müddətində hər ay 445.65 son ayda 446.10 olmaqla xx.xx.2023-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2027-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış borc İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli Göyçay RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilib. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xəzər avtomobillərinin rəsmi servis mərkzəində ümumi texniki baxış zamanı müəyyən olunmuşdur ki, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətdədir. xx.xx.2024-cü il tarixli 1380 №-li xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh14291.21 manat borcunu ödəməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, iddianın verilməsinə görə 132.88 manat və 0,40 manat isə xdmət haqqı ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı yönəlmiş iddiası «lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbindən ibarət olsa da, iddia ərizəsinin məzmunundan və işdə olan sənədlərdən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 29 oktyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyətə düşmüş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətə düşmüşdür. İddia tələbinin “xahiş edirəm” hissəsindən də göründüyü kimi iddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağı müvafiq “Daxili lizinq” müqaviləsi üzrə əsas məbləğ üzrə və gecikdirilmiş mükafat məbləği üzrə borcun geri qaytarılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.4-ci maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 23 avqust 2023-cü il tarixli MAS-6060 saylı “Daxili lizinq” müqaviləsi üzrə əsas məbləğ üzrə 14238.52 manat və gecikdirilmiş mükafat məbləği üzrə 52.69 manat, ümumilikdə 14291.21 manat borc həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 132.88 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23 avqust 2023-cü il tarixli MAS-6060 saylı “Daxili lizinq” müqaviləsinə əsasən əsas məbləğ üzrə 14238.52 manat və gecikdirilmiş mükafat məbləği üzrə 52.69 manat, ümumilikdə 14291.21 manat borc, həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 132.88 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-2750/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2750/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver