Məhkəmə qərarları › İş №e-2(049)-2776/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2776/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2776/2024 06.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********70204 XİAOMİ REDMİ NOTE 11 PRO 5G markalı telefon üçün 416.19 (dörd yüz on altı manat on doqquz qəp) manat ödənilməmiş hissə, 41.81 (qırx bir manat səksən bir qəp)manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********36405 XİAOMİ REDMİ 10C markalı telefon üçün 202.96 (iki yüz iki manat doxsan altı qəp) manat ödənilməmiş hissə, 20.04 (iyirmi manat dörd qəp)manat cərimə Ümumilikdə 681 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********70204 XİAOMİ REDMİ NOTE 11 PRO 5G markalı telefon, İMEİ KODU **********36405 XİAOMİ REDMİ 10C markalı telefon almış və nəticədə 681 (altı yüz səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1155.52 (min yüz əlli be manat əlli iki qəp) manat (18 ay x 58.64 manat + 100 manat ilkin ödəniş) İMEİ KODU **********70204 XİAOMİ REDMİ NOTE 11 PRO 5G markalı telefon üçün ümumilikdə, 458 (drd yüz əlli səkkiz) manat olmaqla ondan, 416.19 (dörd yüz on altı manat on doqquz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41.81 (qırx bir manat səksən bir qəp)manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456.96 (dörd yüz əlli altı manat doxsan altı qəp) manat (12 ay x 38.08 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********36405 XİAOMİ REDMİ 10C markalı telefon üçün ümumilikdə, 223 (iki yüz iyirmi üç) manat olmaqla ondan, 202.96 (iki yüz iki manat doxsan altı qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq, 20.04 (iyirmi manat dörd qəp)manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 993.33 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixindəki müqavilədən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında, İMEİ KODU **********70204 XİAOMİ REDMİ NOTE 11 PRO 5G markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixindəki müqavilədən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında, İMEİ KODU **********36405 XİAOMİ REDMİ 10C markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəllərindən görünür ki, 09412449 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-cü il tarixədək, İMEİ KODU **********70204 XİAOMİ REDMİ NOTE 11 PRO 5G markalı telefon üçün hər ay 58.64 manat, cəmi 1154.38 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. Ödəniş cədvəllərindən görünür ki, 04273515 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2023-cü il tarixədək, İMEİ KODU **********36405 XİAOMİ REDMİ 10C markalı telefon üçün hər ay 38.08 manat, cəmi 456.96 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1155.52 (min yüz əlli be manat əlli iki qəp) manat (18 ay x 58.64 manat + 100 manat ilkin ödəniş) İMEİ KODU **********70204 XİAOMİ REDMİ NOTE 11 PRO 5G markalı telefon üçün ümumilikdə, 458 (drd yüz əlli səkkiz) manat olmaqla ondan, 416.19 (dörd yüz on altı manat on doqquz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41.81 (qırx bir manat səksən bir qəp)manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456.96 (dörd yüz əlli altı manat doxsan altı qəp) manat (12 ay x 38.08 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********36405 XİAOMİ REDMİ 10C markalı telefon üçün ümumilikdə, 223 (iki yüz iyirmi üç) manat olmaqla ondan, 202.96 (iki yüz iki manat doxsan altı qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq, 20.04 (iyirmi manat dörd qəp)manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 993.33 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə iki müqavilə üzrə 681 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar