Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2799/2024 09.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X1 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə 09 oktyabr 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: TƏSVİR HİSSƏ İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmasını və Cavabdeh 01 may 2023-cü il tarixli MAS-5900 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 iyul 2024-cü il tarixə 1363.40 manat gecikdirilmiş əsas, 391.70 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 248.85 manat dəbbə pulu olmaqla cəmi 2003.95 manat borc və ödənilmiş 127.50 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2023-cü il tarixli MAS-5900 saylı ‘"Daxili lizinq" müqaviləsinə əsasən 2022-ct il buraxılışlı, “Khazar SD" minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir, “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №?3) əsasən lizinq alan illik 17,5 % hesablanmaqla 38 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 430.80 manat, ümumilikdə isə 16370 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 16370 manatın 12500 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5900 saylı “Daxili Lizinq" müqaviləsinə əsasən 08 iyul 2024-eü il tarixə ümumilikdə 2003.95 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəlimin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dan- öhdəliyi vaxdmda və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddialarının təmin olunbması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh Qarabağ Qazisi olduğunu, mübahisəni könüllü həll etməyə cəhd göstərəcəyini bildirib, iddiaçıya borclu qaldığını etiraf etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarxili MAS-5900 saylı daxili lizing müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən lizinqin obyektinin ümumi məbləği 12500 manat təşkil edir. İş materialında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Khazar SD” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. xx.xx.2024-cü il tarixli 1223 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabehə “Daxili lizinq” müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün gecikmə borcunun yarandığı, həmçinin, avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin müddəti bitdiyi üçün lizinq obyektindən istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 1363.40 manat əsas, 391.70 manat gecikdirilmiş mükafat borcu, 248.85 manat cərimə olmaqla, cəmi 2003.95 manat borcu vardır. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə baxışıiclasına dəvət olunsa da, məhkəmə iclaslarına gəlməmiş və ya iddiaya, o cümlədən də borcla bağlı öz etirazını təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının lizinq obyektinin qaytarılması və borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə tələbi iddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, MAS- 5900 saylı “Daxili lizinq” müqaviləsindən irəli gəlir. Həmin müqaviləsinin 1.1 -ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, Bu lizinq müqaviləsinin əsas məbləğini 12500 manat təşkil edir. Lizinq Alan həmin müqavilə imzalandığı gün 0 manat məbləğində İizinq ödənişini Lizing Verənə ödəməyi öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi İizinq müqavilasinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 38 ay müddətində illik 17,5% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Həmin Müqavilənin 4.4.1 -ci bəndinə əsasən Lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən, lizirıq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasən sonuncu iddiaçıdan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili 38 ay müddətinə lizinqə götürmüş və hər ay sabit olmaqla 430.80, sonuncu ay isə 430.74 manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı verdiyi lizinq obyektinin müqabilində yaranmış borc məbləğini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2 maddəsinə əsasən, «öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır». Həmin Məcəllənin 462.1.-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edildiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbllədir. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaqycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. ” Azərbaycan Respublikasının MM-nin 747.1.2-ci maddəsinin tələbinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilıməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının MM-nin 747.2-ci maddəsinin tələbinə əsasən Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsasən vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır. Azərbaycan Respublikasının MM-nin 748.1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən “lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.” Azərbaycan Respublikasının MM-nin 748.1.8-ci maddəsinin “tələbinə əsasən Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.” Azərbaycan Respublikasının MM-nin 748.2.1-ci maddələrinin tələbinə əsasən “lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir.” Azərbaycan Respublikasının MM-nin 748-2.3-cü maddəsinin tələbinə əsasən “Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. ” Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasən sonuncu iddiaçıdan mülkü 38 ay müddətinə lizinqə götürmüş və hər ayda 430.80, sonuncu ay isə 430.74 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh lizing obyektini qaytarmamış və hazırkı iddia məhkəmədə qaldırılana qədər zəruri ödənişləri etməmiş və müqailə üzrə iddiaçıya ödənilməmiş 1363.40 manat gecikdirilmiş əsas, 391.70 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 248.85 manat dəbbə pulu, cəmi 2003.95 manat məbləğində borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Khazar SD” markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil cavabdehdən alınaraq iddiaçının sahibliyinə verilməli, lizinq müqaviləsi üzrə hazırkı iddia məhkəmədə qaldırılana qədər yaranmış 2003.95 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2023-cü il tarixli MAS-5900 saylı müqaviləyə əsasən lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı MMC-nin sahibliyinə qaytarılsın. Cavabdeh 1363.40 manat gecikdirilmiş əsas, 391.70 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 248.85 manat dəbbə pulu olmaqla cəmi 2003.95 manat borc və ödənilmiş 127.50 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2(049)-2799/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2799/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver