Məhkəmə qərarları › İş №e-2(049)-2835/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2835/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2835/2023 29.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-il tarixli müqavilələrinə əsasən, İmei kodu **********90568 İphone 11 markalı telefon, Apple 20W USB, İmei kodu **********68570 Samsung Galaxy A52 markalı telefon, Ay-metbext-masa, Cruze-Jurnal masa, 4 ədəd metbext stulu Bella, ətçəkən Kenwood üçün ümumilikdə 2507 manat borc və 45.07 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əsaslanmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********90568 İphone 11 markalı telefon, Apple 20W USB, İmei kodu **********68570 Samsung Galaxy A52 markalı telefon, Ay-metbext-masa, Cruze-Jurnal masa, 4 ədəd mətbəx stulu BE ətçəkən Kenwood almış və nəticədə 2507 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1750.3 manat (12 ay x 122.5 manat + 280.3 manat ilkin ödəniş) olan İmei kodu **********90568 İphone 11 markalı telefon, Apple 20W USB üçün 1345 manat olmaqla ondan 1222.5 manat ödənilməmiş hissə, 122.5 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 756 manat (12 ay x 43.5 manat + 234 manat ilkin ödəniş) olan, İmei kodu **********68570 Samsung Galaxy A52 markalı telefon üçün 234 manat olmaqla ondan, 213 manat ödənilməmiş hissə, 21 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 904.8 manat, (24 ay x 37.7 manat + 0 manat ilkin ödəniş) olan Ay-metbext-masa, Cruze- Jurnal masa, 4 ədəd metbext stulu Bella üçün 776 manat olmaqla ondan 706 manat ödənilməmiş hissə, 70 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 238.44 manat (12 ay x 19.87 manat + 0 manat ilkin ödəniş) olan ətçəkən Kenwood üçün 152 manat olmaqla ondan 139 manat ödənilməmiş hissə, 13 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1369.04 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında, İmei kodu **********90568 İphone 11 markalı telefon, Apple 20W USB, İmei kodu **********68570 Samsung Galaxy A52 markalı telefon, Ay-metbext-masa, Cruze-Jurnal masa, 4 ədəd metbext stulu Bella, Ətçəkən Kenwood alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəllərindən görünür ki, 042457 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdən və xx.xx.2022-ci il tarixədək, İMEİ İmei kodu **********68570 Samsung Galaxy A52 markalı telefon üçün hər ay 43.5 manat, cəmi 756 manatı; ******* saylı müqavilə üzrə isə xx.xx.2022-ci il tarixdən və xx.xx.2022-ci il tarixədək, Ətçəkən Kenwood üçün hər ay 19.87 manat, cəmi 238.4 manatı, ******* saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdən və xx.xx.2023-cü il tarixədək, Ay-metbext-masa, Cruze-Jurnal masa, 4 ədəd mətbəx stulu Bella üçün hər ay 37.7 manat, cəmi 904.8 manatı; 04241490 saylı müqavilə üzrə isə xx.xx.2022-ci il tarixdən və xx.xx.2023-cü il tarixədək, İmei kodu **********90568 İphone 11 markalı telefon, Apple 20W USB üçün hər ay 122.5 manat, cəmi 1750.29 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********68570 Samsung Galaxy A52 üçün 12 ay müddətə, ilkin ödəniş 234 manat, hər ay 43.5 manat olmaqla 756 manat ödəməli olduğu halda 543 manat ödəmiş və onun 213 manat ödənməmiş əsas, 21 manat cərimə borcu olmaqla cəmi 234 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Ətçəkən Kenwood üçün 12 ay müddətə, hər ay 19.87 manat olmaqla 238.44 manat ödəməli olduğu halda 99.44 manat ödəmiş və onun 139.44 manat ödənməmiş əsas, 13 manat cərimə borcu olmaqla cəmi 152 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Ay-metbext-masa cruze-jurnal masa 4 ədəd mətbəx stulu bella üçün 24 ay müddətə, hər ay 37.7 manat olmaqla 904.8 manat ödəməli olduğu halda 198.8 manat ödəmiş və onun 706 manat ödənməmiş əsas, 70 manat cərimə borcu olmaqla cəmi 776 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********90568 İphone 11 markalı telefon, Apple 20W USB üçün 12 ay müddətə ilkin ödəniş 280.3 manat, hər ay 122.5 manat olmaqla 1750.3 manat ödəməli olduğu halda, 527.8 manat ödəmiş və onun 1222.5 manat ödənməmiş əsas, 122.5 manat cərimə olmaqla 1345 manat borcu yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 45.07 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə dörd müqaviləyə üzrə 2507 manat borc və 45.07 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar