Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2849/2024 15.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Baktel Electronics MMC ilə Cavabdeh arasında bağlanmış BT-8083 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli BT-8083 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş ümumi 2069 (iki min altmış doqquz) manat pulun, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun və işin məhkəmədə baxılmasına dair ödənilmiş 40.69 (qırx manat, altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC” ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əsas fəaliyyət sahəsini müxtəlif çeşidli elektrik malların (telefon) satışı təşkil edir. xx.xx.2023-cü il tarixində İddiaçı MMC (bundan sonra Satıcı) ilə Cavabdeh (bundan sonra Alıcı) arasında BT-8083 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. “Satıcı” – yəni İddiaçı MMC Əlavədə göstərilən İphone 14 Pro Max 128gb X3 markalı, İMEİ kod: **********36898mobil telefonu nisyə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun şəkildə Alıcıya təhvil vermişdir. Müqavilənin 2.2.1. maddəsinə uyğun olaraq Alıcı müqavilə üzrə bütün ödənişləri vaxtında yerinə yetirməyi öhdəsinə götürmüşdür. Lakin Alıcı tərəfindən xx.xx.2023-cü il tarixindən başlayaraq satılmış məhsul(lar)a dair Müqaviləyə əlavə edilmiş aylıq kredit ödəniş cədvəlinə əsasən hər hansı ödəniş həyata keçirilməmişdir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsinə əsasən müştəri Müqavilə şərtlərinin pozulması halında İphone 14 Pro Max 128gb X3 markalı, İMEİ kod: **********36898telefonun deaktiv edilməsinə və riskli müştərilər siyahısına salınmasına etiraz etmədiyini təsdiq etmişdir. Alıcı ödənişi həyata keçirmədiyi üçün ona İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanmışdır. Lakin bütün cəhdlərə baxmayaraq, Alıcı indiyə qədər hər hansı ödəniş həyata keçirməmişdir. Hazırda Alıcının müqavilə öhdəliklərindən irəli gələn, xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinədək ümumi ödənilməmiş 2069 (iki min altmış doqquz) manat məbləğində borcu vardır. İddiaçı MMC məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi tərəfindən “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Cavabdeh ilə «Baktel Electronics” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli BT-8083 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MMC Əlavədə göstərilən İphone 14 Pro Max 128gb X3 markalı, İMEİ kod: **********36898 mobil telefonu nisyə alqı-satqı müqavilənin şərtlərinə uyğun şəkildə Alıcıya təhvil vermişdir və o, 12 ay müddətinə ayda 173 manat olmaqla cəmi 2069 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh borcunun ödənilməsi ilə əlaqadar xəbərdarlıq edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan maddi hüquq normalarının tələbi baxımında məhkəm hesab edir ki, iddia əsaslıdır. Məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 121.1 maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə “Fides” vəkil bürosu arasnda bağlanmış xx.xx.2024-cü il tarixli “hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən görünür ki, hüquqi yardımın göstərilməsi ilə əlaqadar xidmət haqqı 320 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən “Fides” vəkil bürosuna 300 manat ödəniş edilmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən hazırki iddia tələbi ilə əlaqadar 40,69 manat dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BT- 8083 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, 2069 manat manat, vəkilə ödənilmiş vəsaitə dair 100 manat və dövlət rüsumu kimi ödənilmiş 41 manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq. QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BT-8083 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. BT-8083 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2069 manat, vəkilin göstərdiyi yardıma görə 100 manat olmaqla, cəmi 2.169 və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,69 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-2849/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2849/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver