Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2867/2025 21.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********47763 SAMSUNG GALAXYA54 markalı telefon, SAMSUNG CHARGER adapter, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ üçün 821,82 (səkkiz yüz iyirmi bir manat, 82 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 82,18 (səksən iki manat,18 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, PALTARYUYAN HOFFMANN, ZƏMANƏT + 3 İL XİDMƏTİb üçün 565,91 (beş yüz altmış beş manat, 91 qəpik) manat ödənilməmiş hissə, 56,59 (əlli altı manat, 59 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, YUPİTER asqı, HOFFMANN televizor, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 380,89 (yüz səksən manat, 89 qəpik) manat ödənilməmiş hissə, 38,09 (otuz səkkiz manat, 09 qəpik) manat cərimə cəmi 1969,08 manat borc, 39,70 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********47763 SAMSUNG GALAXY A54 markalı telefon, SAMSUNG CHARGER adapter, QİZİL ZƏMANƏTULTRA 2 İL XİDMƏTİ, PALTARYUYAN HOFFMANN, ZƏMANƏT + 3 İL XİDMƏTİ, YUPİTER asqı, HOFFMANN televizor,ZƏMANƏT + 2 İL XİDMƏTİ almış və nəticədə 1969,08 (min doqquz yüz altmış doqquz manat, 08 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1402,04 (min dörd yüz iki manat, 04 qəpik) manat (18 ay x 74,78 manat + 56 manat ilkin ödəniş) olan İMEİ KODU **********47763 SAMSUNG GALAXY A54 markalı telefon, SAMSUNG CHARGER adapter, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMüƏçüTnİ ümumilikdə, 927,60 (doqquz yüz iyirmi yeddi manat, 60 qəpik) manat olmaqla ondan, 821,82 (səkkiz yüz iyirmi bir manat, 82 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 82,18 (səksən iki manat,18 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 739,8 (yeddi yüz otuz doqquz manat,80 qəpik) manat (18 ay x 41,1 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN HOFFMANN, ZƏMANƏT + 3 İL XİDMƏüTçİün ümumilikdə, 622,50 (altı yüz iyirmi iki manat,50 qəpik) manat olmaqla ondan, 565,91 (beş yüz altmış beş manat, 91 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56,59 (əlli altı manat, 59 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 457,56 (dörd yüz əlli yeddi manat, 56 qəpik) manat (18 ay x 25,42 manat + 0 manat ilkin ödəniş) YUPİTER asqı, HOFFMANN televizor, ZƏMANƏT + 2 İL XİDMƏüTçüİ n ümumilikdə, 418,98 (dörd yüz on səkkiz manat, 98 qəpik) manat olmaqla ondan, 380,89 (üç yüz səksən manat, 89 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38,09 (otuz səkkiz manat, 09 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 830,78 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh xx.xx.2025-ci il tarixli bildiriş və iddia ərizəsinin surətini alsa da, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən "xxxx" MMC ilə Cavabdeh arasında İmei kod **********09496 OPPO A77S markalı telefon, JBL WAVE BEAM QULAQLİQ, ÇƏKMƏ WOKİN, 2 ədəd QORUYUCU PALTAR WOKİN alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki 1-ci müqavilə üzrə 821.82 manat, 2-ci müqavilə üzrə 565.91 manat, 3-cü müqavilə üzrə 380.89 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 74.78 manat, cəmi 1402.06 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 41.1 manat, cəmi 739.81 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 25.42 manat, cəmi 457.6 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 39.70 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. . Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********47763 SAMSUNG GALAXYA54 markalı telefon, SAMSUNG CHARGER adapter, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ üçün 821,82 (səkkiz yüz iyirmi bir manat, 82 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 82,18 (səksən iki manat,18 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, PALTARYUYAN HOFFMANN, ZƏMANƏT + 3 İL XİDMƏTİb üçün 565,91 (beş yüz altmış beş manat, 91 qəpik) manat ödənilməmiş hissə, 56,59 (əlli altı manat, 59 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, YUPİTER asqı, HOFFMANN televizor, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 380,89 (yüz səksən manat, 89 qəpik) manat ödənilməmiş hissə, 38,09 (otuz səkkiz manat, 09 qəpik) manat cərimə cəmi 1969,08 manat borc, 39,70 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-2867/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2867/2025
21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver