Məhkəmə qərarları › İş №e-2(049)-2910/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2910/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2910/2022 23.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 400 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, “Opel Vectra” markalı **-CF- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, X5 tərəfindən "xxxx" ASC-də xx.xx.2021-ci il tarixdən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh “Opel Vektra” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, xx.xx.2021-ci il tarixdə, Sumqayıt şəhər ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ 21 099” markalı ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə TP ******* nömrəli qərar yazılmış və "xxxx" ASC tərəfindən “VAZ 21 099” markalı **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 400 manat ödəniş verilmişdir. Avtonəqliyyat vasitələrinin texniki ekspertizasına dair rəyə əsasən “VAZ 21 099” markalı **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinə dəymiş zərərin bazar qiyməti 95 manat, işçilik xidmətləri isə 305 manat olmaqla avtomobilə vurlmuş maddi ziyan 400 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə pul "xxxx" ASC tərəfindən avtomobilin sahibi X3 ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına, avtomobilinə vurulmuş zərərə görə sığorta həcmində, 400 manat məbləğində ödəniş edildiyinə görə "xxxx" ASC-nin cavabdehdən həmin məbləği subqroqasiya qaydasında tələb etmək hüququ yaranır. Belə ki, Cavabdeh “Opel Vektra” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hadisə törətdiyi üçün mülki məsuliyyət daşıyır. olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt şəhəri DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun və eyni tarixli TP ******* saylı qərarın surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 13-45-də “Opel Vectra” minik markalı **-CF-*** nömrəli avtomobili idarə edən sürücü Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-cı və 327.6-cı maddələrində nəzərdə tutulmuş xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin texniki ekspertizası barədə ekspert rəyindən görünür ki, “VAZ 21099” markalı **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinə dəymiş zərərin bazar qiyməti 95 manat, işçilik xidmətləri isə 305 manat olmaqla avtomobilə vurlmuş maddi ziyan cəmi 400 manatdır İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 13:45-də Sumqayıt şəhəri, Sülh və Bakı küçələri kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində Cavabdeh məxsus “Opel Vectra” minik markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü X1 idarə etdiyi X3 məxsus “VAZ 21 099” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin icbari sığorta müqaviləsinin dair məlumat vərəğindən görünür ki, PAZ********** saylı sığorta müqaviləsinə əsasən sığortalı X2 məxsus sığortalanmış “Opel Vectra” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il sığorta aktından görünür ki, “VAZ 21 099” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 400 manat sığorta ödənmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MAPS-dan görünür ki, Cavabdeh qeydiyyat ünvanı Lənkəran rayonu, Liman şəhəri H.Aslanov küçəsi, ev 47-dir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu X6 ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, “Opel Vektra” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, X5 tərəfindən "xxxx" ASC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ********** nömrəli sığorta müqaviləsi ilə sığortalanmışdır. Cavabdeh X2 məxsus olan “Opel Vektra” minik markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, xx.xx.2021-ci il tarixdə, saat 13:45-də Sumqayıt şəhəri Sülh Bakı Küçələri kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ 21 099” markalı ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşub, həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə Sumqayıt ŞRPŞ tərəfindən qeydə alınmış, Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol yazılmışdır. Avtonəqliyyat vasitələrinin texniki ekspertizasına dair rəyə əsasən “VAZ 21 099” markalı ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurlmuş maddi ziyan 400,0 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə pul "xxxx" ASC tətəfindən avtomobilin sahibi X3 ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına, avtomobilinə vurulmuş zərərə görə sığorta həcmində, 400,0manat məbləğində ödəniş edildiyinə görə "xxxx" ASC-nin cavabdehlərdən həmin məbləği subqroqasiya qaydasında tələb etmək hüququ yaranır. Cavabdeh etibarnamə olmadan “Opel Vektra” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hadisə törətdiyi üçün avtomobilin sahibi X5 da onunla birlikdə mülki məsuliyyət daşıyır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 400 manat sığorta ödənişi məbləği və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar