Məhkəmə qərarları › İş №e-2(049)-2941/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2941/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2941/2025 15.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəhimli Gülnar Şakir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 6880 (altı min səkkiz yüz səksən) manat əsas borc, 89 (səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 6969 (altı min doqquz yüz altmış doqquz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən təfərrüatları cədvəldə göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 8540 (səkkiz min beş yüz qırx) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 6880 (altı min səkkiz yüz səksən) manat əsas borcu qalıb. Göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 6880 (altı min səkkiz yüz səksən) manat əsas borc, 89 (səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 6969 (altı min doqquz yüz altmış doqquz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Cavabdeh ilə İddiaçı MMC ilə arasında bağlanmış 20 iyun 2023-cü il tarixli, LNK6470147 saylı borc müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, həmin müqaviləyə əsasən, müddəti 20 ay olmaqla ilkin ödəniş 10 manat olmaqla hər ay 177 manat pulun ödənilməsi şərtilə borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3550 manat olan məişət avadanlıqları əldə edib. xx.xx.2023-cü il tarixli “təhvil-təslim” aktından görünür ki, LNK6470147 saylı borc müqaviləsinə əsasən, iki ədəd məişət avadanlığı xx.xx.2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. Cavabdeh ilə İddiaçı MMC ilə arasında bağlanmış 30 avqust 2023-cü il tarixli, LNK6470535 saylı borc müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, həmin müqaviləyə əsasən, müddəti 20 ay olmaqla ilkin ödəniş 0 manat olmaqla hər ay 132 manat pulun ödənilməsi şərtilə borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2640 manat olan məişət avadanlıqları əldə edib. 45168 saylı “təhvil-təslim” aktından görünür ki, LNK6470535 saylı borc müqaviləsinə əsasən, iki ədəd məişət avadanlığı Cavabdeh təhvil verilmişdir. Cavabdeh ilə İddiaçı MMC ilə arasında bağlanmış 29 aprel 2024-cü il tarixli, LNK6513757 saylı borc müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, həmin müqaviləyə əsasən, müddəti 24 ay olmaqla ilkin ödəniş 10 manat olmaqla hər ay 135 manat pulun ödənilməsi şərtilə borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3250 manat olan məişət avadanlıqları əldə edib. 29 aprel 2024-cü il tarixli saylı “təhvil-təslim” aktından görünür ki, LNK6513757 saylı borc müqaviləsinə əsasən, iki ədəd məişət avadanlığı Cavabdeh xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 20 iyun 2023-cü il tarixli, LNK6470147 saylı borc müqaviləsi üzrə - 2.190 manat, 30 avqust 2023-cü il tarixli, LNK6470535 saylı borc müqaviləsi üzrə - 2.350 manat, 29 aprel 2024-cü il tarixli, LNK6513757 saylı borc müqaviləsi üzrə - 2.340 manat olmaqla, cəmi 6.880 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsi barədə xəbərdalıq edilmişdir. Hökümət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən hazırki iddia təlləbi üzrə 89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki,Cavabdeh tərəfindən İddiaçı MMC-yə borc müqavilələri üzrə ödəniş tam şəkildə ödənilməmiş, belə ki, ödəniş müqavilə şərtləri pozularaq, vaxtında ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4 maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yeksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 89 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı ilə arasında bağladığı 20 iyun 2023-cü il tarixli, LNK6470147 saylı borc müqaviləsi üzrə ödənilməmiş hissə - 2.190 manat, 30 avqust 2023-cü il tarixli, LNK6470535 saylı borc müqaviləsi üzrə ödənilməmiş hissə - 2.350 manat, 29 aprel 2024-cü il tarixli, LNK6513757 saylı borc müqaviləsi üzrə ödənilməmiş hissə - 2.340 manat olmaqla, cəmi 6.880 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı ilə arasında bağladığı 20 iyun 2023-cü il tarixli, LNK6470147 saylı borc müqaviləsi üzrə ödənilməmiş hissə - 2.190 manat, 30 avqust 2023-cü il tarixli, LNK6470535 saylı borc müqaviləsi üzrə ödənilməmiş hissə - 2.350 manat, 29 aprel 2024cü il tarixli, LNK6513757 saylı borc müqaviləsi üzrə ödənilməmiş hissə - 2.340 manat olmaqla, cəmi 6.880 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar