Məhkəmə qərarları › İş №e-2(049)-3209/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3209/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3209/2025 23.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh nisyə aldığı cücə yeminin dəyəri olan 21833 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənimiş 155,50 mant pul və vəkil hüquqi xidmətinə görə 400 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cаvаbdеh 2023-cü ildə iddiaçıdan bir nеçə dəfə nisyə cücə yеmi аlmışdır. Həmin ilin sеntyаbr аyının 5-nə cаvаbdеhin 38833 mаnаt bоrcu qаlmışdır. 05 sеntyаbr 2023-cü il tаriхdə cаvаbdеh bununlа bаğlı qəbz yаzmış, həmin qəbzdə bоrcunu еtirаf еtmiş, həmçinin ilkin оlаrаq 3000 mаnаt оlmаqlа sоnrаkı hər аy isə 2000 mаnаt оlmаqlа bоrcunu hissə-hissə ödəyəcəyini qеyd еtmişdir. Cаvаbdеh bundаn sоnrа 3000 mаnаt və 7 dəfə аyrı-аyrı vахtlаrdа 2000 mаnаtdаn оlmаqlа cəmi 17000 mаnаt pul ödəmişdir. Sоnuncu dəfə cаvаbdеh xx.xx.2024-cü il tаriхdə ödəniş еtmişdir. Nəticədə cаvаbdеhin 21833 mаnаt bоrcu qаlmışdır. Həmin bоrcunu cаvаbdеh müхtəlif bəhаnələrə ödəməkdən yаyınmışdr. Cаvаbdеhə qаrşı tələbi nisyə sаtılmış cücə yеminin dəyərinin ödənilməsi ilə bаğlı оlmаqlа bu bаrədə sübutlаrı оnun özünün imzаlаdığı qəbz və tеlеfоn, vоtçаp dаnışıqlаrındаn ibаrətdir. Cаvаbdеh öhdəliyini icrа еtməmişdir. Nəticədə məhkəməyə mürаciət еtmək məcburiyyətində qаlаrаq dövlət rüsumunа görə 155,50 mаnаt, vəkilin hüquqi хidmətinə görə 400 mаnаt ödəməli оlmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddanın əsassız olduğunu bildirib rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Cavabdeh Sərhəd oğlu tərəfindən tərtib olunmuş qəbzdən görünür ki, Masallı şəhər sakini X1 38,833 manat borc pulu birdəfəlik ödəməyə imkanı olmadığı üçün Hikmət Rəhimova 05 sentyabr 2023cü il tarixdə ilkin olaraq üç min manat sonrakı aylarda isə hər ayın beşində nağd olaraq iki min manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki,cavbadeh Cavabdeh Azərsun Masallı Distribüteri ilə 06 avqust 2021-ci il tarixdə müqavilə əsasında müştəri kimi yem alışı etmiş son müqaviləyə əsasən 30 yanvar 2023-cü il tarixdə imzalanmışdır. xx.xx.2023-cü il tarixdən ona olan borc 38.832,65 manat təşkil edir. Sözügedən borc barədə heç bir ödəniş olunmamışdır. Öhdəliyi icra olunmadığı halda məhkəmə müraciət edilməsi barədə İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixli, qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 155,50 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə 400 manat pul ödəmişdir. Məhkəmə, iş üzrə tərəfləri dinlədikdən və əlavə edilmiş sənədləri araşdırdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında cavabdehə iddiaçı tərəfindən hər hansı məbləğdə pul verilməsini təsdiq edən sübut müəyyən edilməmiş, habelə iddiaçı tərəfindən belə sübut məhkəməyə təqdim edilməmişdir. İddaçı tərəfindən sübut kimi təqdim edilən qəbzdən görünür ki, cavabdeh tərəfindən sözugüdən 21833 manat məbləğindəki pulu iddiaçıya deyil, X1 (məhkəmə iclasında iddiaçı həmin şəxsin qardaşı olduğunu bildirmişdir) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən sübut kimi təqdim edilən pretenziya məktubundan görünür ki, məktub “Azərsun” adlanan qurumdan daxil olmuş, həmin məktub isə iddiaçı tərəfindən imzalanmışdır. İddiaçı cavabdehin cücə yemini şirkətdən aldığını bildirmiş, buna görə də həmin məktubu onun imzaladığını bildirmişdir. Həmin məktubda cavabdehin xx.xx.2023cü il tarixdə olan borc 38.832,65 manat təşkil etdiyi qeyd edilsə də, iddia ərizəsində isə s”оnuncu dəfə cаvаbdеh xx.xx.2024-cü il tаriхdə ödəniş еtmişdir. Nəticədə cаvаbdеhin 21833 mаnаt bоrcu qаlmışdır” kimi müddəa yer almışdır ki, bu zidiyyətlə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən sübut kimi təqdim edilən votsap danışıqlarından görünür ki, danışıqlar “Niyazi şəkər yem” və “Ramiz” adlı şəxslə aparılmışdır. Məhz bu göstərilənlər baxımından məhkəməyə iş üzrə cavabdehin kiminlə borc münasibətlərinə girməsi müəyyən olmamışdır. Cavabdeh borcun etirafı adlamdırılan qəbzi başqa bir şəxsə (Hikmət Rəhimova) yazmış, ona pretenziya məktubu “Azərsun” adlanan qurumdan daxil olmuş, onun cücə yemini şirkət, yəni Azərsundan aldığı iddia olunmuş, borcla bağlı danışıqlar isə “Niyazi şəkər yem” və “Ramiz” adlı şəxslə aparılmışdır. Hazırda cavabdehdən pulun tələb edən qismində iddiaçı kimi isə İddiaçı çıxış etmişdir. Göstərilənlərdən aydın olur ki, iddiaçı qismində İddiaçı Cavabdeh hər hansı məbləğdə, o cümlədən 38833 manat verməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda cavabdehdən pul tələb edilməsi isə əsassız olmaqla yanaşı, heç bir qanuni əsası olmayan haldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı cavabdehdən pul vəsaitinin ona qaytarılmasını tələb etsə də, o bu tələbini məhkəmə araşdırması zamanı hər hansı bir mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Məhkəmə, MPM-nin 77.3-cü maddəsinə müvafiq qaydada zəruri əlavə sübutların təqdim edilməsini iddiaçı tərəfə təklif etsə də, onun tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş pul iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar