Məhkəmə qərarları › İş №e-2(049)-3227/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3227/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3227/2023 06.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ƏDYAL, 2 ədəd YASTİK KİLİFİ, PİKE TAKİMİ + NEVRESİM SETİ, 2 ədəd DİVAN ORTÜYÜ, 2 ədəd DƏSMALüçün, 826.08 (səkkiz yüz iyirmi altı manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 82.92 (səksən iki manat doxsan iki qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ELEXUS xalça, 2 ədəd TAC MAHAL xalçaüçün 255 (iki yüz əlli beş) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ƏDYAL üçün 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********65902 SAMSUNG GALAXY A12 markalı telefonüçün 256 (iki yüz əlli altı) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə pulu; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, HAVLU, BORNOZ, İmei kod **********4638d SAMSUNG GALAXY A03S markalı telefon üçün 636.84 (altı yüz otuz altı manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 63.16 (altmış üç manat on altı qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ÜTÜ GORENJE, PAKRİVAL, NEVRESİM TAKİüMçİün 652.98 (altı yüz əlli iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 65.02 (altmış beş manat iki qəpik) manat cərimə Ümumilikdə 2983 manat borc və 49.83 manat ödənilmiş dövlət rüsumunun tutularaq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, ƏDYAL, 2 ədəd YASTİK KİLİFİ, PİKE TAKİMİ + NEVRESİM SETİ, 2 ədəd DİVAN ORTÜYÜ, 2 ədəd DƏSMAL , ELEXUS xalça, 2 ədəd TAC MAHAL xalça, ƏDYAL , İmei kod **********65902 SAMSUNG GALAXY A12 markalı telefon, HAVLU, BORNOZ, İmei kod **********4638d SAMSUNG GALAXY A03S markalı telefon, ÜTÜ GORENJE, PAKRİVAL, NEVRESİM TAKİMİ almış və nəticədə 2983 (iki min doqquz yüz səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 862.08 (səkkiz yüz altmış iki manat səkkiz qəpik) manat (24 ay x 35.92 manat + 0 manat ilkin ödəniş) olan ƏDYAL, 2 ədəd YASTİK KİLİFİ, PİKE TAKİMİ + NEVRESİM SETİ, 2 ədəd DİVAN ORTÜYÜ, 2 ədəd DƏSMüAçüLn 909 (doqquz yüz doqquz) manat olmaqla ondan, 826.08 (səkkiz yüz iyirmi altı manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 82.92 (səksən iki manat doxsan iki qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 270 (iki yüz yetmiş) manat (18 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan ELEXUS xalça, 2 ədəd TAC MAHAL xalçaüçün 280 (iki yüz səksən) manat olmaqla ondan 255 (iki yüz əlli beş) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 99 (doxsan doqquz) (18 ay x 5.5 manat + 0 manat ilkin ödəniş) olan ƏDYAL üçün 95 (doxsan beş) manat olmaqla ondan 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 417 (dörd yüz on yeddi) manat (12 ay x 34.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********65902 SAMSUNG GALAXY A12 markalı telefonüçün 281 (iki yüz səksən bir) manat olmaqla ondan 256 (iki yüz əlli altı) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə pulu; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 636.84 (altı yüz otuz altı manat səksən dörd qəpik) manat (18 ay x 35.38 manat + 0 manat ilkin ödəniş) olan , HAVLU, BORNOZ, İmei kod **********4638d SAMSUNG GALAXY A03S markalı telefon üçün 700 (yeddi yüz) manat olmaqla ondan 636.84 (altı yüz otuz altı manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 63.16 (altmış üç manat on altı qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 784.98 (yeddi yüz səksən dörd manat doxsan səkkiz qəpik) manat (18 ay x 43.61 manat + 0 manat ilkin ödəniş) olan ÜTÜ GORENJE, PAKRİVAL, NEVRESİM TAKİüMçüİ n 718 (yeddi yüz on səkkiz) manat olmaqla ondan 652.98 (altı yüz əlli iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 65.02 (altmış beş manat iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 356 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, cavabdeh ƏDYAL, 2 ədəd YASTİK KİLİFİ, PİKE TAKİMİ + NEVRESİM SETİ, 2 ədəd DİVAN ORTÜYÜ, 2 ədəd DƏSMAL , ELEXUS xalça, 2 ədəd TAC MAHAL xalça, ƏDYAL, İmei kod **********65902 SAMSUNG GALAXY A12 markalı telefon, HAVLU, BORNOZ, İmei kod **********4638d SAMSUNG GALAXY A03S markalı telefon, ÜTÜ GORENJE, PAKRİVAL, NEVRESİM TAKİMİ almışdır. İş materiallarında olan təhvil təslim aktından görünür xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, ƏDYAL, 2 ədəd YASTİK KİLİFİ, PİKE TAKİMİ + NEVRESİM SETİ, 2 ədəd DİVAN ORTÜYÜ, 2 ədəd DƏSMAL , ELEXUS xalça, 2 ədəd TAC MAHAL xalça, ƏDYAL , İmei kod **********65902 SAMSUNG GALAXY A12 markalı telefon, HAVLU, BORNOZ, İmei kod **********4638d SAMSUNG GALAXY A03S markalı telefon, ÜTÜ GORENJE, PAKRİVAL, NEVRESİM TAKİMİ Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 2983 manat borcu qalmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 49.83 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. . Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2983 manat borc və 49.83 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar