Məhkəmə qərarları › İş №e-2(049)-3244/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3244/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3244/2024 17.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSİ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********25469 HONOR X9B markalı telefon üçün 1111.2 (min yüz on bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 111.8 (yüz on bri manat səksən qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS PRO qulaqlıq üçün 696.03 (altı yüz doxsan altı manat üç qəpik) manat ödənilməmiş hissə, 69.97 (altmış doqquz manat doxsan yeddi qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, URBANİSTA qulaqlıq üçün 250.95 (iki yüz əlli manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 25.05 (iyirmi beş manat beş qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********83336 NOKİA 5310 markalı telefon üçün 162.75 (yüz altmış iki manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, 16.25 (on altı manat iyirmi beş qəpik) manat cərimə Ümumilikdə 2444 manat borc və 44.44 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixlərindəki müqavilələrə əsasən, İmei kod **********25469 HONOR X9B markalı telefon, APPLE AİRPODS PRO qulaqlıq, URBANİSTAqulaqlıq, İmei kod **********83336 NOKİA5310 markalı telefon almış və nəticədə 2444 (iki min dörd yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1111.2 (min yüz on bir manat iyirmi qəpik) manat (15 ay x 74.08 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********25469 HONOR X9B markalı telefon üçün 1223 (min iki yüz iyirmi üç) manat olmaqla ondan, 1111.2 (min yüz on bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 111.8 (yüz on bri manat səksən qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 892.98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat (18 ay x 49.61 manat + 0 manat ilkin ödəniş) olan APPLE AİRPODS PRO qulaqlıüqçün 766 (yeddi yüz altmış altı) manat olmaqla ondan, 696.03 (altı yüz doxsan altı manat üç qəpik) manat ödənilməmiş hissə, 69.97 (altmış doqquz manat doxsan yeddi qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 250.95 (iki yüz əlli manat doxsan beş qəpik) manat (15 ay x 16.73 manat + 0 manat ilkin ödəniş) olan URBANİSTAqulaqlıq üçün 276 (iki yüz yetmiş altı) manat olmaqla ondan 250.95 (iki yüz əlli manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 25.05 (iyirmi beş manat beş qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 177.6 (yüz yetmiş yeddi manat altmış qəpik) manat (12 ay x 14.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********83336 NOKİA 5310 markalı telefon üçün 179 (yüz yetmiş doqquz) manat olmaqla ondan 162.75 (yüz altmış iki manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, 16.25 (on altı manat iyirmi beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 211.8 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrindən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında, İmei kod **********25469 HONOR X9B markalı telefon, APPLE AİRPODS PRO qulaqlıq, URBANİSTA qulaqlıq, İmei kod **********83336 NOKİA 5310 markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəllərindən görünür ki, 09544848 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən və xx.xx.2025-ci il tarixədək, İmei kod **********25469 HONOR X9B markalı telefon üçün hər ay 74.08 manat, cəmi 1111.25 manatı; 09643776 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2025-ci il tarixədək, APPLE AİRPODS PRO qulaqlıq üçün hər ay 49.61 manat, cəmi 892.61 manatı; 09644558 saylı müqavilə üzrə xx.xx.2024cü il tarixdən və xx.xx.2025-ci il tarixədək, URBANİSTA qulaqlıq üçün hər ay 16.73 manat, cəmi 250.95 manatı; ******* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən və xx.xx.2025-ci il tarixədək, İmei kod **********83336 NOKİA 5310 markalı telefon üçün hər ay 14.8 manat, cəmi 177.54 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1111.2 (min yüz on bir manat iyirmi qəpik) manat (15 ay x 74.08 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********25469 HONOR X9B markalı telefon üçün 1223 (min iki yüz iyirmi üç) manat olmaqla ondan, 1111.2 (min yüz on bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 111.8 (yüz on bri manat səksən qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 892.98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat (18 ay x 49.61 manat + 0 manat ilkin ödəniş) olan APPLE AİRPODS PRO qulaqlıüqçün 766 (yeddi yüz altmış altı) manat olmaqla ondan, 696.03 (altı yüz doxsan altı manat üç qəpik) manat ödənilməmiş hissə, 69.97 (altmış doqquz manat doxsan yeddi qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 250.95 (iki yüz əlli manat doxsan beş qəpik) manat (15 ay x 16.73 manat + 0 manat ilkin ödəniş) olan URBANİSTAqulaqlıq üçün 276 (iki yüz yetmiş altı) manat olmaqla ondan 250.95 (iki yüz əlli manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 25.05 (iyirmi beş manat beş qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 177.6 (yüz yetmiş yeddi manat altmış qəpik) manat (12 ay x 14.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********83336 NOKİA 5310 markalı telefon üçün 179 (yüz yetmiş doqquz) manat olmaqla ondan 162.75 (yüz altmış iki manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, 16.25 (on altı manat iyirmi beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 44.44 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 44.44 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə hər dörd müqavilə üzrə 2444 manat borcun və 44.44 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar