Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3289/2024 27.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320005 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 07 avqust 2020ci il tarixli MAS-2599 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 avqust 2024-cü il tarixə 1436.50 manat gecikdirilmiş əsas, 149.15 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 220.01 manat dəbbə pulu, cəmi 1805.66 manat lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair və ödənilmiş 100.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC, xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə Sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək zərurət yarandığı üçün Cavabdeh qarşı qaldırdığı iddia üzrə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrnin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Eyni zamanda həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzi haqqında sistem çıxarışından görünür ki, İddiaçı MMC 100 manat dövlət rüsumu ödəmişdir Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «Lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçı «Azərmaş” MMC tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3289/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3289/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver