Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3329/2025 09.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi və məhkəmə iclas katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi ilə, İddiaçı Ural-İMMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı müştərək qaydada “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19733 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh3 və Cavabdeh1 ilə xx.xx.2025-ci il tarixli HHA 19733 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 461.12 ABŞ dolları əsas borcun, eləcə də ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcunun 1% həcmində 115 ABŞ dolları cərimə olmaqla cəmi 576.12 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli HHA 19733 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehə satış qiyməti 696 ABŞ dolları olan “Apple İ phone 11” 128 gb Black B markalı 01 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. İddiaçı ilə Cavabdeh3 və Cavabdeh1 arasında elektron qaydada bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncular xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19733 saylı alqı-satqı müaviləsinə zamin durmuşlar.Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2025-ci il tarixə 58.72 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 58.72 ABŞ dolları, xx.xx.2025-ci il tarixə 58.72 ABŞ dolları, ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir.Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iclasda üzrlü səbəbədən iştirak edə bilməyəcəyini və iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi iddia ərizəsinin surəti əlavə olunmaqla qeydiyyatda olduqları ünvanlara göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və tədqiq edilməklə araşdırılan: xx.xx.2025-ci il tarixli, HHA19733 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ilə iddiaçı "xxxx" MMC arasında İphone 11-28gb Black B markalı mobil telefonun alınmasından ötrü müqavilə bağlanılmışdır. Zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2025-ci il tarixli, HHA19733 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliyin Cavabdeh2 tərəfindən icra edilməsinə görə zamin kimi cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixli, HHA19733 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 tərəfindən "xxxx" MMC-ə xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 12 ay müddətinə hər ay 58 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi və Cavabdeh3 və Cavabdeh1 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış zaminlik müqavilələri üzrə ödənilməmiş 461.12 ABŞ dolları əsas, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində 115 ABŞ dolları cərimə olmaqla, cəmi 576.12 ABŞ dolları borcu yaranmışdır. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehlərdən müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, aşağıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 226.2-ci maddəsinin tələbinə görə, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 ilə birlikdə İddiaçı MMC qarşısında eyni həcmdə məsuliyyət daşıdıqlarına görə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 461.12 ABŞ dolları əsas borc və 115 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 576.12 ABŞ dolları tutularaq iddiaçı Ural İ MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat iddiaçının xeyrinə cavabdehdən müştərək qaydada tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada müqaviləsi üzrə əsas borc üzrə qətnamənin icra olunacağı günə tətbiq olunan dərəcədə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 461.12 ABŞ dolları, cərimə borcu 115 ABŞ dolları olmaqla, cəmi 576.12 ABŞ dolları və iddia verilməsi üçün ödənilən 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-3329/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3329/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver