Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3361/2025 07.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçınun Cavabdeh qarşı «Kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi tələbinə dair» mülki işə məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi tələbinə dair» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2251 (iki min iki yüz əlli bir) manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 43 manat məbləğində dövlət rüsumunun, cəmi 2294 (iki min iki yüz doxsan dörd) manat Kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi tələbinə dairun tutularaq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-3361/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş iddia icraatına keçirilmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2026-cı il saat 10:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, cavabdeh tərəf gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, İddiaçı isə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda tərəflərin qeyd olunan mübahisəni məhkəmədənkənar həll etdiklərini, ona görə də iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Eyni zamanda həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı 43 manat dövlət rüsumu ödəmişdir Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçının Cavabdeh qarşı “Kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi tələbinə dair” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında ödənilmiş 43 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3361/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3361/2025
07.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver