Məhkəmə qərarları › İş №e-2(049)-3387/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3387/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3387/2025 04.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin Ağabəyov Nicat Rauf oğlu, iddiaçı “ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı “ABC Telecom" Məhdud Məhsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən LG LED TV, QABYUYAN BEKO, 2 ƏDƏD TCL TAC KONDİSİONER, ASPİRATOR GORENJE, SOBAGORENJE, PLİTƏ GORENJE üçün 4518,32 (dörd min beş yüz on səkkiz manat, 32 qəpik) manat ödənilməmiş hissə, 451,83 (dörd yüz əlli bir manat, 83 qəpik) manat cərimə, ümumilikdə, 4970,15 manat borc və 69,71 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LG LED TV, QABYUYAN BEKO, 2 ƏDƏD TCL TAC KONDİSİONER, ASPİRATOR GORENJE, SOBAGORENJE, PLİTƏ GORENJE almış və nəticədə 4970,15 (dörd min doqquz yüz yetmiş manat, 15 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 7339,86 (yeddi min üç yüz otuz doqquz manat, 86 qəpik) manat (yəni 18 ay x 318,77 manat + 1602 manat ilkin ödəniş) olan LG LED TV, QABYUYAN BEKO, 2 ƏDƏD TCL TAC KONDİSİONER, ASPİRATOR GORENJE, SOBA GORENJE, PLİTƏ GORENJE üçün ümumilikdə, 4970,15 (dörd min doqquz yüz yetmiş manat, 15 qəpik) manat olmaqla ondan 4518,32 (dörd min beş yüz on səkkiz manat, 32 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 451,83 (dörd yüz əlli bir manat, 83 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2821,54 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefonla, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı “ABC Telecom» MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə, xx.xx.2025-ci il tarixində Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş ərizəsində iddiadan imtina etdiklərini göstərmiş, həmin iş üzrə icraata xitam verilməsini və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq, hesab edir ki, iddiaçının hazırki iddia tələbinə hüquqi marağı aradan qalxdığından qeyd olunan ərizəyə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş üzrə ödənilmiş dövlət rüsumu barədə xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 69.71 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 261, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı “ABC Telecom" Məhdud Məhsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi üzrə icraata xitam verilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlər birlikdə iddiaçıya geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 69.71 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar