Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3402/2024 16.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə sadələmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixədək istehlak etdiyi təbii qaza görə yaranmış 629.16 manat debitor borcun, 30 manat dövlət rüsumunun, cəmi 659.16 manat məbləğində vəsaitin tutularaq Lənkəran RQİİ-nin "xxxx" ASC-nin Lənkəran filialının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iddiaya qarşı etiraz ərizəsi təqdim edərək borc tələbinə dair mülki işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3402/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçirilərək məhkəmənin hazırlıq iclası 30 sentyabr 2024-cü il tarixinə təyin edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək cavabdehlə qarşılıqlı razılığa gəldikləri üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını və sözügedən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Lənkəran rayon Maliyyə Şöbəsi vasitəsilə "xxxx" İB-nin Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına köçürülməsinə xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan **********72 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə 30 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İB-nin ərizəsi təmin edilsin. İddiaçının Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmaqla iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" İB-nin Lənkəran RQİİ-nin "xxxx" ASC-nin Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına köçürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(049)-3402/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3402/2024
16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver