Məhkəmə qərarları › İş №e-2(049)-3489/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3489/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3489/2025 30.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” “pul” tələbinə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET M xidməti, İMEİ KODU **********38205 POCO C75 markalı telefonüçün 297.71 (iki yüz doxsan yeddi manat, 71 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 29.77 (iyirmi doqquz manat, 77 qəpik) manat cərimə pulun, ümumilikdə, 351.08 borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Elektron məhkəmə” İnformasiya sistemində əldə edilən çıxarışdan görünür ki, Cavabdeh 21 sentyabr 2025-ci il tarixdə tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7 maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraat xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə icaata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 256, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il, saat 14:16, mədaxi qəbzi № **********, büdcə təsnifat kodu: 14221301, büdcə səviyyəsi kodu: 1, xəzinə hesabı: AZ74CTRE********************) "xxxx" MMC-nin bank hesabına (VÖEN: **********1) qaytarılsın. Qərardadın icrası X1 İdarəsinə həvalə edilsin. Qərardaddan ərizənin baxılmamış saxlanılması hissəsindən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar