Məhkəmə qərarları › İş №e-2(049)-3494/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3494/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3494/2024 07.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, İddiaçı ilə cavabdeh X3 arasında bağlanmış 210 saylı 21 Fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə 18 Avqust 2023-cü il 249 saylı alqı-satqı müqavilələrinin ləğv edilməsi, həmin müqavilələr üzrə yaranmış 300 manat əsas borc və 150 manat cərimə borcu və 2640 manat əsas borc, 1300 manat cərimə borcu, 84 manat dövlət rüsumu olmaqla cəmi 4474 manat X1 İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh X3 arasında bağlanmış 210 saylı 21 Fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 94 manat ilkin ödəniş , hər ay 50 manat ödəməklə 12 ay müddətinə 694 manat məbləğində Galaxy A 23 Samsung telefonu kredit üsulu ilə satılmışdır.Həmçinin 249 saylı 18 Avqust 2023-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdehə ilkin ödəniş 335 manat,hər ay 220 manat ödəməklə 12 ay müddətinə 2975 man məbləğində AUX kondisionerləri (ASW-H24A4/R1) və Samsung paltar yuyan (WW90T4541AX/LP) kredit üsulu ilə satılmışdır. İddiaçı ilə cavabdeh X3 arasında bağlanmış 21 Fevral 2023-cü il 210 saylı alqı-satqı müqaviləsinə əsasən 300 manat borc 150 manat cərimə borcu yaranmışdır. Digər 249 saylı 18 Avqust 2023-cü il alqı-satqı müqaviləsinə əsasən cavabdehə 2640 manat əsas borc, 1300 manat cərimə borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış cərimələr qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 25 sentyabr 2024-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh göndərilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X3 arasında bağlanmış 210 saylı 21 Fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 94 manat ilkin ödəniş , hər ay 50 manat ödəməklə 12 ay müddətinə 694 manat məbləğində Galaxy A 23 Samsung telefonu kredit üsulu ilə satılmışdır.Həmçinin 249 saylı 18 Avqust 2023-cü il tarixli alqısatqı müqavilələrinə əsasən cavabdehə ilkin ödəniş 335 manat,hər ay 220 manat ödəməklə 12 ay müddətinə 2975 man məbləğində AUX kondisionerləri (ASW-H24A4/R1) və Samsung paltar yuyan (WW90T4541AX/LP) kredit üsulu ilə satılmışdır. 249 saylı 18 Avqust 2023-cü il tarixli müqaviləyə əlavə olunmuş Ödəniş cədvəlində görünür ki, hər ay 220 manatı Cavabdeh İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. 210 saylı 21 Fevral 2023-cü il tarixli müqaviləyə əlavə olunmuş Ödəniş cədvəlində görünür ki, hər ay 50 manatı Cavabdeh İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 84 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 84 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh X3 arasında bağlanmış 210 saylı 21 Fevral 2023-cü il tarixli alqısatqı müqaviləsi ilə 18 Avqust 2023-cü il 249 saylı alqı-satqı müqavilələri ləğv edilsin, həmin müqavilələr üzrə yaranmış 300 manat əsas borc və 150 manat cərimə borcu və 2640 manat əsas borc, 1300 manat cərimə borcu, 84 manat dövlət rüsumu olmaqla cəmi 4474 manat pul və 84 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar