Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3495/2025 29.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən “LG” markalı soyuducu, “LG TV” üçün 3197,88 manat ödənilməmiş hissəsi, 319,79 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “SAMSUNG” markalı paltaryuyan, “SAMSUNG” markalı soyuducu, 2 ədəd zəmanət və 2 ədəd xidmət üçün, 3149,04 manat ödənilməmiş hissəsi, 314,90 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “SAMSUNG” markalı paltaryuyan üçün 781,96 manat ödənilməmiş hissəsi, 78,20 manat dəbbə pulu olmaqla, ümumilikdə 7841,77 manat borc, 98,42 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, “LG” markalı soyuducu, “LG TV”, “SAMSUNG” markalı paltaryuyan, “SAMSUNG” markalı soyuducu, 2 ədəd zəmanət və 2 il xidmət, “SAMSUNG” markalı paltaryuyan almış və nəticədə 7841,77 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3497,88 manat olan “LG” markalı soyuducu, “LG TV” üçün ümumilikdə, 3517,67 manat olmaqla ondan, 3197,88 manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 319,79 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4124.04 manat olan “SAMSUNG” markalı paltaryuyan, “SAMSUNG” markalı soyuducu, 2 ədəd zəmanət + 2 il xidmət üçün ümumilikdə, 3463,94 olmaqla ondan, 3149,04 manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 314,90 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1098 manat olan “SAMSUNG” markalı paltaryuyan üçün ümumilikdə, 860,16 manat olmaqla ondan, 781,96 manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 78,20 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1591,04 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025, xx.xx.2025 tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə "xxxx" MMC arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********** nömrəli, xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında “LG GR-B459FQFW” markalı soyuducu, LG 55UT810006LA.AMCN markalı televizoru, “SAMSUNG WW90T554CAX/LP” (GÜMÜŞÜ) markalı paltaryuyanı, “SAMSUNG RT42CG6420B1WT” markalı soyuducunu, 2 ədəd böyük məişət üçün 1 il qısa qapanma zəmanətini və 2 il zəmanəti, “SAMSUNG WW70AGAS25AXLP” markalı paltaryuyanı alınmasından ötrü müqavilə bağlanılmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən3497,88 manat dəyərində olan, 300 manat ödəyərək aldığı “LG” markalı soyuducu və LG TV üçün 18 ay müddətinə hər ay 177,66 manat ödəməli olduğu halda, cəmi 300 manat ödəmiş onun 3197,88 manat əsas, 319,79 manat cərimə, cəmi 3517,67 manat borcu yaranmışdır. Həmin müqaviləyə əsasən 4123,94 manat dəyərində olan, 975 manat ödəyərək aldığı “SAMSUNG” markalı paltaryuyan, “SAMSUNG” markalı soyuducu, 2 ədəd böyük məişət üçün 1 il qısa qapanma zəmanət və 2 ədəd 2 il xidmət üçün 24 ay müddətinə hər ay 131,21 manat ödəməli olduğu halda, cəmi 975 manat ödəmiş onun 3149,04 manat əsas, 314,90 manat cərimə, cəmi 3463,94 manat borcu yaranmışdır. Həmin müqaviləyə əsasən 1098 manat dəyərində olan, 270 manat ödəyərək aldığı “SAMSUNG” markalı paltaryuyan, “SAMSUNG WW70AGAS25AXLP” markalı paltaryuyan üçün 18 ay müddətinə hər ay 46 manat ödəməli olduğu halda, cəmi 275 manat ödəmiş onun 781,96 manat əsas, 78,20 manat cərimə, cəmi 860,16 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 98,42 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə “LG” markalı soyuducu, “LG TV” üçün 3197,88 manat ödənilməmiş hissəsinin, 319,79 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 159,89 AZN həcmində tutulmasını daha ədalətli hesab edir. Həmçinin “SAMSUNG” markalı paltaryuyan, “SAMSUNG” markalı soyuducu, 2 ədəd zəmanət və 2 ədəd xidmət üçün, 3149,04 manat ödənilməmiş hissəsinin, 314,90 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 157,45 AZN həcmində tutulmasını daha ədalətli hesab edir. Bundan başqa, “SAMSUNG” markalı paltaryuyan üçün, 781,96 manat ödənilməmiş hissəsinin, 78,20 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 39 AZN həcmində tutulmasını daha ədalətli hesab edir. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyi üçün iddianın ödənilmiş hissəsinə mütənasib olaraq 93,50 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun 4,92 manat hissə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən “LG” markalı soyuducu, “LG TV” üçün 3197,88 manat ödənilməmiş hissəsi, 159,89 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “SAMSUNG” markalı paltaryuyan, “SAMSUNG” markalı soyuducu, 2 ədəd zəmanət və 2 ədəd xidmət üçün, 3149,04 manat ödənilməmiş hissəsi, 157,45 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “SAMSUNG” markalı paltaryuyan üçün 781,96 manat ödənilməmiş hissəsi, 39 manat dəbbə pulunun olmaqla, ümumilikdə 7485,22 manat borc və 93,50 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 7578,72 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 4,92 manat hissə iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3495/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3495/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver