Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3514/2025 02.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 3028.82 manat borc, 50.29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, ZƏMANƏT + 3 İL xidməti, PLAYSTATİON 5 SLİM, İMEİ KODU **********90809 İPHONE 11 markalı telefon, PS5 DUALSENSE oyun pultu almış və nəticədə 3028.82 (üç min iyirmi səkkiz manat, 82 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1611.88(min altı üyz on bir manat, 88 qəpik) manat (18 ay x 80.66 manat + 160 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, PLAYSTATİON 5 SLİM üçün ümumilikdə, 1597.07 (min beş yüz doxsan yeddi manat, 07 qəpik) manat olmaqla ondan, 1451.88 (min dörd yüz əlli bir manat, 88 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 145.19 (yüz qırx beş manat, 19 qəpik) manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1270.06(min iki yüz yetmiş manat, 06 qəpik) manat (18 ay x 65.67 manat + 88 manat ilkin ödəniş) İMEİ KODU **********90809 İPHONE 11 markalı telefon üçün ümumilikdə, 1301.87 (min üç yüz bir manat, 87 qəpik) manat olmaqla ondan, 1162.06 (min yüz altmış iki manat, 06 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 116.21 (yüz on altı manat, 21 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 160.08 (yüz altmış manat, 08 qəpik) manat (18 ay x 6.56 manat + 42 manat ilkin ödəniş) olan PS5 DUALSENSE oyun pultu almış üçün ümumilikdə, 129.89 (yüz iyirmi doqquz manat, 89 qəpik) manat olmaqla ondan, 118.08 (yüz on səkkiz manat, 08 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.81 (on bir manat, 81 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 310 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. xx.xx.2025-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilməsinə və cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində qəbul olunmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********** nömrəli, xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ZƏMANƏT + 3 İL xidməti, PLAYSTATİON 5 SLİM alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC İMEİ KODU **********90809 İPHONE 11 markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında PS5 DUALSENSE oyun pultu alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqaviləyə əlavə olunmuş müqavilənin əlavəsindən görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə görə ZƏMANƏT + 3 İL xidməti, PLAYSTATİON 5 SLİM üçün 160 manat ilkin ödəmiş, qalan məbləği 18 ay müddətinə aylıq 80.66 AZN olmaqla, ümumilikdə 1611.94 manat hər ayın 26-sı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqaviləyə əlavə olunmuş müqavilənin əlavəsindən görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə görə İMEİ KODU **********90809 İPHONE 11 markalı telefon üçün 88 manat ilkin ödəmiş, qalan məbləği 18 ay müddətinə aylıq 65.67 AZN olmaqla, ümumilikdə 1270.06 manat hər ayın 5-i "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqaviləyə əlavə olunmuş müqavilənin əlavəsindən görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə görə PS5 DUALSENSE oyun pultu üçün 42 manat ilkin ödəmiş, qalan məbləği 18 ay müddətinə aylıq 6.56 AZN olmaqla, ümumilikdə 160.08 manat hər ayın 26-sı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə 1611.88 manat dəyərində olan 160 manat ödəyərək aldığı ZƏMANƏT + 3 İL xidməti, PLAYSTATİON 5 SLİM üçün 18 ay müddətinə hər ay 80.66 manat ödəməli olduğu halda, cəmi 160 manat ödəmiş və onun 1451.88 manat əsas, 145.19 manat cərimə, cəmi 1597.07 manat; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1270.06 manat dəyərində olan, 88 manat ödəyərək aldığı İMEİ KODU **********90809 İPHONE 11 markalı telefon üçün 18 ay müddətinə hər ay 88 manat ödəməli olduğu halda, cəmi 108 manat ödəmiş və onun 1132.06 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 116.21 manat cərimə, cəmi 1301.87 manat; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 160.08 manat dəyərində olan, 42 manat ödəyərək aldığı PS5 DUALSENSE oyun pultu üçün 18 ay müddətinə hər ay 6.56 manat ödəməli olduğu halda, cəmi 42 manat ödəmiş və onun 118.08 manat əsas, 11.81 manat cərimə, cəmi 129.89 manat, ümumilikdə üç müqavilə üzrə 3028.82 manat borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 50.29 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 50.29 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 3028.82 manat borc, 50.29 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3514/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3514/2025
02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver