Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3709/2024 10.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 4598 manat borc və 65.98 manat manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il il tarixlərindəki müqavilələrinə əsasən, SAMSUNG TV, SAMSUNG LED TV İmei kod **********27175 OPPO A18 markalı telefon, MİNİ SOBA GASTRO, DOĞRAYİCİ BOSCH, İZQARA GORENJE, TOZSORANSAMSUNG, İmei kod **********76440 XİAOMİ REDMİ NOTE 12 markalı telef,oİnmei kod **********54278 SAMSUNG GALAXY A14 markalı telefon , İmei kod **********89089 İTEL 6350 markalı telefon, İmei kod **********89605 HONOR X9Amarkalı telefon almış və nəticədə 4598 (dörd min beş yüz doxsan səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1451.2 (bir min dörd yüz əlli bir manat iyirmi qəpik) manat (24 ay x 56.3 manat + 100 manat ilkin ödəniş) olan SAMSUNG TVüçün 1487 (bir min dörd yüz səksən yeddi) manat olmaqla ondan, 1351.2 (bir min üç yüz əlli bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 135.8 (on) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1650.6 (bir min altı yüz əlli manat altmış qəpik) manat (18 ay x 91.7 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG LED TVüçün 1007 (bir min yeddi) manat olmaqla ondan 915.12 (doqquz yüz on beş manat on iki qəpik) manat ödənilməmiş hissə, 91.88 (doxsan bir manat səksən səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 602 (altı yüz iki) manat (15 ay x 40 manat + 2 manat ilkin ödəniş) olan İmei kod **********27175 OPPO A18 markalı telefon, MİNİ SOBAGASTROüç, ün 616 (altı yüz on altı) manat olmaqla ondan 560 (beş yüz altmış) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 627.12 (altı yüz iyirmi yeddi manat on iki qəpik) manat (18 ay x 34.84 manat + 0 manat ilkin ödəniş) olan DOĞRAYİCİ BOSCH, İZQARA GORENJE, TOZSORAN SAMSUNüçGü,n 498 (dörd yüz doxsan səkkiz) manat olmaqla ondan 452.9 (dörd yüz əlli iki manat doxsan qəpik) manat ödənilməmiş hissə, 45.1 (qırx beş manat on) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 550.08 (beş yüz əlli manat səkkiz qəpik) manat (18 ay x 30.56 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********76440 XİAOMİ REDMİ NOTE 12 markalı telefo,nüçün 469 (dörd yüz altmış doqquz) manat olmaqla ondan 426.88 (dörd yüz iyirmim altı manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 42.12 (qırx iki manat on iki qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 428.04 (dörd yüz iyirmi səkkiz manat dörd qəpik) manat (12 ay x 33.17 manat + 30 manat ilkin ödəniş) olan İmei kod **********54278 SAMSUNG GALAXY A14 markalı telefonüçün 291 (iki yüz doxsan bir) manat olmaqla ondan 264.79 (iki yüz altmış dörd manat yetmiş doqquz qəpik) manat ödənilməmiş hissə, 26.21 (iyirmi altı manat iyirmi bir qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 884.4 (səkkiz yüz səksən dörd manat qırx qəpik) manat (12 ay x 70.2 manat + 42 manat ilkin ödəniş) olan İmei kod **********89089 İTEL 6350 markalı telefon, İmei kod **********89605 HONOR X9A markalı telefon üçün 230 (iki yüz otuz) manat olmaqla ondan 209.71 (iki yüz doqquz manat yetmiş bir qəpik) manat ödənilməmiş hissə, 20.29 (iyirmi manat iyirmi doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2012.84 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdehə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, lakin məhkəmə bildirişi cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03937030 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında SAMSUNG TV alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04265173 nömrəli, xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC SAMSUNG LED TV alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04267142 nömrəli, xx.xx.2024-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə İmei kod **********27175 OPPO A18 markalı telefon, MİNİ SOBA GASTRO alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC DOĞRAYİCİ BOSCH, İZQARA GORENJE, TOZSORAN SAMSUNG alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19601535 nömrəli, xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC İmei kod **********76440 XİAOMİ REDMİ NOTE 12 markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09463038 nömrəli, xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC İmei kod **********54278 SAMSUNG GALAXY A14 markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04245110 nömrəli, xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC İmei kod **********89089 İTEL 6350 markalı telefon, İmei kod **********89605 HONOR X9A markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2024-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2026-ci il tarixədək, hər ay 56.3 manat, cəmi 1451.2 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 91.7 manat, cəmi 1650.6 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 40 manat, cəmi 602 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 34.84 manat, cəmi 627.08 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 30.56 manat, cəmi 550.08 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 33.17 manat, cəmi 428.04 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-ci il tarixdən xx.xx.2024-ci il tarixədək, hər ay 70.2 manat, cəmi 884.4 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 1451.2 manat dəyərində olan, 100 manat ödəyərək aldığı SAMSUNG TV üçün 24 ay müddətinə hər ay 56.3 manat ödəməli olduğu halda, cəmi 100 manat ödəmiş və onun 1351.2 manat əsas, 135.8 manat cərimə, cəmi 1487 manat; İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 1650.6 manat dəyərində olan, 0 manat ödəyərək aldığı SAMSUNG LED TV üçün 18 ay müddətinə hər ay 91.7 manat ödəməli olduğu halda, cəmi 735.48 manat ödəmiş və onun 915.12 manat əsas, 91.88 manat cərimə, cəmi 1007 manat; İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 602 manat dəyərində olan, 2 manat ödəyərək aldığı İmei kod **********27175 OPPO A18 markalı telefon, MİNİ SOBA GASTRO üçün 15 ay müddətinə hər ay 40 manat ödəməli olduğu halda, cəmi 42 manat ödəmiş və onun 560 manat əsas, 56 manat cərimə, cəmi 616 manat; İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 627.12 manat dəyərində olan, 0 manat ödəyərək aldığı DOĞRAYİCİ BOSCH, İZQARA GORENJE, TOZSORAN SAMSUNG üçün 18 ay müddətinə hər ay 34.84 manat ödəməli olduğu halda, cəmi 174.22 manat ödəmiş və onun 452.9 manat əsas, 45.1 manat cərimə, cəmi 498 manat; İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 550.08 manat dəyərində olan, 0 manat ödəyərək aldığı İmei kod **********76440 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 18 ay müddətinə hər ay 30.56 manat ödəməli olduğu halda, cəmi 123.2 manat ödəmiş və onun 426.88 manat əsas, 42.12 manat cərimə, cəmi 469 manat; İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 428.04 manat dəyərində olan, 30 manat ödəyərək aldığı İmei kod **********54278 SAMSUNG GALAXY A14 markalı telefon üçün 12 ay müddətinə hər ay 33.17 manat ödəməli olduğu halda, cəmi 163.25 manat ödəmiş və onun 264.79 manat əsas, 26.21 manat cərimə, cəmi 291 manat; İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 884.4 manat dəyərində olan, 42 manat ödəyərək aldığı İmei kod **********89089 İTEL 6350 markalı telefon, İmei kod **********89605 HONOR X9A markalı telefon üçün 12 ay müddətinə hər ay 70.2 manat ödəməli olduğu halda, cəmi 674.69 manat ödəmiş və onun 209.71 manat əsas, 20.29 manat cərimə, cəmi 14 manat, ümumilikdə 7 müqavilə üzrə 4598 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 66.98 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 66.98 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 4598 manat borc, 66.98 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3709/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3709/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver