Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3722/2022 20.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 1265 manat borc, 32,65 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-d il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********45376 REALME 6 markalı telefon, MİNİ SOBA HOFFMANN, ƏTÇƏKƏN HOFFMANN, MALİN İSTEHLAK XASSƏSİNİN POZULMASİ , XİAOMİ Mİ BAND 5,Mİ Qulaqlıq, POWER BANK XİAOMİ Mİ 3,İMEİ KOD **********79351 SAMSUNG GALAXY TAB A7 markalı planşet almış və nəticədə 1265(bir min iki yüz altmış beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 694.8(altı yüz doxsan dörd manat səksən qəpik) manat (12 ay x 57.9 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********45376 REALME 6 markalı telefon üçün ümumilikdə, 763.8(yeddiyüz altmış üç manat saksan qapik) manat olmaqla ondan, 694.8(a!tı yüz doxsan dörd manat saksan qapik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69(altmış doqquz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 221.4(iki yüz iyirmi bir manat qırx qəpik) manat (3 ay x 71.8 manat + 6 manat ilkin ödaniş) MİNİ SOBA HOFFMANN, ƏTÇƏKƏN HOFFMANN üçün ümumilikdə, 236.4(iki yüz otuz altı manat qırx qapik) manat olmaqla ondan, 215.4(iki yüz on beş manat qırx qapik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21(iyirmi bir) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 58(əlli səkkiz) manat (3 ayx 19 manat + 1 manat ilkin ödaniş) MALİN İSTEHLAK XASSƏSİNİN POZULMASİ üçün ümumilikdə, 57(alli yeddi) manat olmaqla ondan, 57(əlli yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq O(sıfır) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 1053(bir min əlli üç) manat (18 ay x 58.5 manat + 0 manat ilkin ödaniş) XİAOMİ Mİ BAND 5,Ml Qulaqlıq, POWER BANK XİAOMİ Mİ 3, İMEİ KOD **********79351 SAMSUNG GALAXY TAB A7 markalı planşet üçün ümumilikdə, 207.8(iki yüz yeddi manat saksən qəpik) manat olmaqla ondan, 189.6(bir yüz səksən doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18.2(on səkkiz manat iyirmi qəpik) manat cərimə hesablanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində İMEİ KOD **********79351 SAMSUNG GALAXY TAB A7 markalı planşet və Yeni qızıl zəmanətdən imtina etmiş və məhsul 851.4 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 12 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 851.4 manat, ümumilikdə, 863.4 manat təşkil edir. Digər 3 müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 7 manat təşkil edir. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il -ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 05 noyabr 2022-ci il tarixdə iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilsə də, sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilələrdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında İMEİ KOD **********45376 REALME 6 markalı telefon, MİNİ SOBA HOFFMANN, ƏTÇƏKƏN HOFFMANN, MALİN İSTEHLAK XASSƏSİNİN POZULMASİ , XİAOMİ Mİ BAND 5,Mİ Qulaqlıq, POWER BANK XİAOMİ Mİ 3,İMEİ KOD **********79351 SAMSUNG GALAXY TAB A7 markalı planşet alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 22297413 saylı müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, hər ay 58.50 manat, cəmi 1053 manatı; İş materiallarında olan xx.xx.2021-ci il tarixli 22343990 saylı müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, hər ay 57.90 manat, cəmi 694.80 manatı; İş materiallarında olan xx.xx.2021-ci il tarixli 22344199 saylı müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, hər ay 71.80 manat, cəmi 221.40 manatı; İş materiallarında olan xx.xx.2021-ci il tarixli 22344388 saylı müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, hər ay 19.90 manat, cəmi 58 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan "xxxx" MMC tərəfindən 31 oktyabr 2022-ci il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 694.8 manat dəyərində olan, 0 manat ödəyərək aldığı İMEİ kodu **********45376 Realme 6 markalı telefon üçün 12 ay müddətinə hər ay 57.9 manat ödəməli olduğu halda, cəmi 0 manat ödəmiş və onun 694.8 manat əsas, 69 manat cərimə, cəmi 763.80 manat borcu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 221.40 manat dəyərində olan, 6 manat ödəyərək aldığı Hoffman ətçəkən və mini soba üçün 3 ay müddətinə hər ay 71.8 manat ödəməli olduğu halda cəmi 6 manat ödəmiş və onun 215.4 manat əsas, 21 manat cərimə, cəmi 236.40 manat borcu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən malın istehlak xassəsinin pozulmasına görə 3 ay müddətinə hər ay 19 manat ödəməli olduğu halda cəmi 1manat ödəmiş və onun 57 manat əsas, 0 manat cərimə, cəmi 57 manat borcu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1053 manat dəyərində olan, 0 manat ödəyərək aldığı mallar üçün 18 ay müddətinə hər ay 58.5 manat ödəməli olduğu halda cəmi 863.4 manat ödəmiş və onun 189.60 manat əsas, 18.2 manat cərimə, cəmi 207.80 manat borcu yaranmışdır. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 32.65 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32.65 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 1265 manat borc və 32.65 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3722/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3722/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver