Məhkəmə qərarları › İş №e-2(049)-3736/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3736/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3736/2025 14.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”-nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ROBOT TOZSORAN ROBOROCK S8, ZƏMANƏT + 2 il xidmət üçün 2.733,09 (iki min yeddi yüz otuz üç manat, 9 qəpik) manat ödənilməmiş hissə, 273.31 (iki yüz yetmiş üç manat, 31 qəpik) manat dəbbə, xx.xx.2025 -ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU BOSCH, ZƏMANƏT + 1 il xidmət üçün, 2.077,74 (iki min yetmiş yeddi manat, 74 qəpik) manat ödənilməmiş hissə, 207,77 (iki yüz yeddi manat, 77 qəpik) manat dəbbə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG WATCH ULTRALTE, ZƏMANƏT + 2 il xidmət üçün 984,3 (doqquz yüz səksən dörd manat, 30 qəpik) manat ödənilməmiş hissə, 98.43 (doxsan səkkiz manat, 43 qəpik) manat dəbbə, ümumilikdə 6374.64 manat borc və 83,75 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025 -ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, ROBOT TOZSORAN ROBOROCK S8, ZƏMANƏT + 2 İL xidməti, SOYUDUCU BOSCH, ZƏMANƏT + 1 İL xidməti, SAMSUNG WATCH ULTRALTE, ZƏMANƏT + 2 İL xidmət verilmiş və nəticədə 6374.64 (altı min üç yüz yetmiş dörd manat, 64 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025 -ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3001.92 (üç min bir manat, 92 qəpik) manat (24 ay x 118.83 manat + 150 manat ilkin ödəniş) olan ROBOT TOZSORAN ROBOROCK S8, ZƏMANƏT + 2 İL xidməti üçün ümumilikdə, 3.006,40 (üç min altı manat, 40 qəpik ) manat olmaqla ondan, 2733.09 (iki min yeddi yüz otuz üç manat, 9 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 273.31 (iki yüz yetmiş üç manat, 31 qəpik) manat dəbbə, xx.xx.2025 -ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2919.96 (iki min doqquz yüz on doqquz manat, 96 qəpik) manat (18 ay x 122.22 manat + 720 manat ilkin ödəniş) olan SOYUDUCU BOSCH, ZƏMANƏT + 1 İL xidmət üçün ümumilikdə, 2285.51 (iki min iki yüz səksən beş manat, 51 qəpik) olmaqla ondan, 2077.74 (iki min yetmiş yeddi manat, 74 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 207.77 (iki yüz yeddi manat, 77 qəpik) manat dəbbə; xx.xx.2025 -ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1617.2 (min altı yüz on yeddi manat, 20 qəpik) manat (18 ay x 57.9 manat + 575 manat ilkin ödəniş) olan SAMSUNG WATCH ULTRA LTE, ZƏMANƏT + 2 İL xidmət üçün ümumilikdə, 1082.73 (min səksən iki manat, 73 qəpik) manat olmaqla ondan, 984.3(doqquz yüz səksən dörd manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 98.43 (doxsan səkkiz manat, 43 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.743,95 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh və iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, işə onun iştirakı olamadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025 -ci il tarixli ********** saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh ROBOT TOZSORAN ROBOROCK S8, ZƏMANƏT + 2 İL olmaqla alqı-satqı qiyməti 3002 manat (yəni 24 ay X 118.83 manat+150 manat ilkin ödəniş), xx.xx.2025 -ci il tarixli ********** saylı müqavilədən görünür ki, SOYUDUCU BOSCH, ZƏMANƏT + 1 İL olmaqla 2920,04 manat (yəni 18 ay X 122.22 manat+720 manat ilkin ödəniş) , xx.xx.2025 -ci il tarixli ********** saylı müqavilədən görünür ki, SAMSUNG WATCH ULTRALTE, ZƏMANƏT + 2 il olmaqla 1617.2 manat (yəni 18 ay X 57.9 manat+575 manat ilkin ödəniş) satılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2025 -ci il tarixli ********** saylı, xx.xx.2025 -ci il tarixli ********** saylı və xx.xx.2025 -ci il tarixli ********** saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 6374.64 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, həmin məktubla cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilmişdir. xx.xx.2025–ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh SAMSUNG WATCH UİTRALTE DARK GRAY / SML705FDAACAU-ı, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, ROBOT TOZSORAN ROBOROCK S8 MAXV ULTRA BLACK-İ və xx.xx.2025–ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, SOYUDUCU BOSCH KGN86A132U (GÜMÜŞÜ-nü ) tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş qəbzindən görünür ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 83.75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən İddiaçı MMC Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ROBOT TOZSORAN ROBOROCK S8, ZƏMANƏT + 2 İL xidmət üçün 2733.09 (iki min yeddi yüz otuz üç manat, 9 qəpik) manat ödənilməmiş hissə, 273.31 (iki yüz yetmiş üç manat, 31 qəpik) manat dəbbə, xx.xx.2025 -ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU BOSCH, ZƏMANƏT + 1 İL xidmət üçiün , 2077.74 (iki min yetmiş yeddi manat, 74 qəpik) manat ödənilməmiş hissə, 207.77 (iki yüz yeddi manat, 77 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG WATCH ULTRALTE, ZƏMANƏT + 2 İL xidmət üçün 984.3(doqquz yüz səksən dörd manat, 30 qəpik) manat ödənilməmiş hissə, 98.43 (doxsan səkkiz manat, 43 qəpik) manat dəbbə Ümumilikdə 6374.64 manat borc, 83.75 manat ödənilmiş dövlət rüsumu alınaraq onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı MMC-yə ümumilikdə cəmi 5.795,13 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1 maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4 maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yeksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 83,75 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ROBOT TOZSORAN ROBOROCK S8, ZƏMANƏT + 2 il xidmət üçün 2.733,09 (iki min yeddi yüz otuz üç manat, 9 qəpik) manat ödənilməmiş hissə, 140 (bir yüz qırx) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU BOSCH, ZƏMANƏT + 1 il xidmət üçün, 2.077,74 (iki min yetmiş yeddi manat, 74 qəpik) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG WATCH ULTRALTE, ZƏMANƏT + 2 il xidmət üçün 984,3 (doqquz yüz səksən dörd manat, 30 qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə olmaqla, ümumilikdə 6.090,13 (altı min doxsan manat, 13 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,75 (səksən üç manat, 75 qəpik) manat pul vəsaiti alınaraq, İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ROBOT TOZSORAN ROBOROCK S8, ZƏMANƏT + 2 il xidmət üçün 2.733,09 (iki min yeddi yüz otuz üç manat, 9 qəpik) manat ödənilməmiş hissə, 140 (bir yüz qırx) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU BOSCH, ZƏMANƏT + 1 il xidmət üçün, 2.077,74 (iki min yetmiş yeddi manat, 74 qəpik) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG WATCH ULTRALTE, ZƏMANƏT + 2 il xidmət üçün 984,3 (doqquz yüz səksən dörd manat, 30 qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə olmaqla, ümumilikdə 6.090,13 (altı min doxsan manat, 13 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,75 (səksən üç manat, 75 qəpik) manat pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar