Məhkəmə qərarları › İş №e-2(049)-3741/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3741/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3741/2024 25.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSİ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, ÜTÜ MASASİ MAGNA MAXİMA üçün 74.62 (yetmiş dörd manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 7.38 (yeddi manat otuz səkkiz qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00904 SAMSUNG GALAXY A04E markalı telefonüçün , 64.25 (altmış dörd manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, 6.75 (altı manat yetmiş beş qəpik) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, TRİMMER WAHL, TONOMETR BEURERüçün , 375.48 (üç yü zyetmiş beş manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 37.52 (otuz yeddi manat əlli iki qəpik) manat cərimə Ümumilikdə 566 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, ÜTÜ MASASİ MAGNA MAXİMA, İmei kod **********00904 SAMSUNG GALAXY A04E markalı telefon TRİMMER WAHL, TONOMETR BEURER almış və nəticədə 566 (beş yüz altmış altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 95.94 (dxsan beş manat doxsan dörd qəpik) manat (18 ay x 5.33 manat + 0 manat ilkin ödəniş) olan ÜTÜ MASASİ MAGNAMAXİMA üçün ümumilikdə, 82 (səksən iki) manat olmaqla ondan, 74.62 (yetmiş dörd manat altmış iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7.38 (yeddi manat otuz səkkiz qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 376.56 (üç yüz yetmiş altı manat əlli altı qəpik) manat (18 ay x 20.92 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********00904 SAMSUNG GALAXY A04E markalı telefonüçün ümumilikdə, 71 (yetmiş bir) manat olmaqla ondan, 64.25 (altmış dörd manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 6.75 (altı manat yetmiş beş qəpik) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 422.46 (dörd yüz iyirmi iki manat qırx altı qəpik) manat (18 ay x 23.47 manat + 0 manat ilkin ödəniş) olan TRİMMER WAHL, TONOMETR BEURERüçün ümumilikdə, 413 (dörd yüz on üç) manat olmaqla ondan, 375.48 (üç yü zyetmiş beş manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 37.52 (otuz yeddi manat əlli iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 380.61 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, ÜTÜ MASASİ MAGNA MAXİMA, İmei kod **********00904 SAMSUNG GALAXY A04E markalı telefon TRnİ,MMER WAHL, TONOMETR BEURER alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəllərindən görünür ki, 04275239 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-ci il tarixədək, TRİMMER WAHL, TONOMETR BEURER üçün hər ay 23.47 manat, cəmi 422.40 manatı; 04264280 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-ci il tarixədək, İmei kod **********00904 SAMSUNG GALAXY A04E üçün hər ay 20.92 manat, cəmi 376.56 manatı; 04244646 saylı müqavilə üzrə xx.xx.2023cü il tarixdən və xx.xx.2024-ci il tarixədək, ÜTÜ MASASİ MAGNA MAXİMA üçün hər ay 5.33 manat, cəmi 95.94 manatı mCavabdeh "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 95.94 (dxsan beş manat doxsan dörd qəpik) manat (18 ay x 5.33 manat + 0 manat ilkin ödəniş) olan ÜTÜ MASASİ MAGNAMAXİMA üçün ümumilikdə, 82 (səksən iki) manat olmaqla ondan, 74.62 (yetmiş dörd manat altmış iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7.38 (yeddi manat otuz səkkiz qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 376.56 (üç yüz yetmiş altı manat əlli altı qəpik) manat (18 ay x 20.92 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********00904 SAMSUNG GALAXY A04E markalı telefonüçün ümumilikdə, 71 (yetmiş bir) manat olmaqla ondan, 64.25 (altmış dörd manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 6.75 (altı manat yetmiş beş qəpik) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 422.46 (dörd yüz iyirmi iki manat qırx altı qəpik) manat (18 ay x 23.47 manat + 0 manat ilkin ödəniş) olan TRİMMER WAHL, TONOMETR BEURERüçün ümumilikdə, 413 (dörd yüz on üç) manat olmaqla ondan, 375.48 (üç yü zyetmiş beş manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 37.52 (otuz yeddi manat əlli iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 380.61 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə hər üç müqaviləyə üzrə 566 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar