Məhkəmə qərarları › İş №e-2(049)-376/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-376/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-376/2025 07.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı İB Cavabdeh qarşı borcun ödənilməsi barədə kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixədək istehlak etdiyi təbii qaza görə yaranmış 707,2 manat debitor borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə cəmi 737,2 manat borcun alınaraq, Lənkəran RQİİ-nin "xxxx" ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ 37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, Vöen: **********, İban: AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı İB-nin X1 istismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində abonent kodu **********00000 olmaqla, xx.xx.2016-cı il tarixli, 30901saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Mənzilində təbii qazdan istifadəyə görə ödəniş etmədiyindən ötrü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan cavabdeh abonent Cavabdeh xx.xx.2024-cü il tarixə 707,2 manat məbləğində borcu yaranmışdır. İddiaçı İB-nin X1 istismarı İdarəsi ümumulikdə cəmi 707,2 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq etməsinə və rəsmi qaydada bildiriş göndərməsinə baxmayaraq, cavabdeh bu günədək borcunu ödəməmiş və kreditorla borclu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 30901saylı saylı qaz sayğacı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə müqavilənin eləcədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən iddiaçı iddia tələbinin təmin edilməsini, Cavabdeh xx.xx.2024-cü il tarixədək istehlak etdiyi təbii qaza görə yaranmış 707,2 manat debitor borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə cəmi 737,2 manat borcun alınaraq, Lənkəran RQİİ-nin "xxxx" ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ 37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, Vöen: **********, İban: AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış X1 İstismar İdarəsi ilə abonent arasında tərtib edilmiş Cavabdeh İddiaçı İB-nin X1 istismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində abonent kodu **********00000 olmaqla, xx.xx.2016-cı il tarixli, 30901saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Mənzilində təbii qazdan istifadəyə görə ödəniş etmədiyindən ötrü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan cavabdeh abonent Cavabdeh xx.xx.2024-cü il tarixə 707,2 manat məbləğində borcu yaranmışdır. İddiaçı İB-nin X1 istismarı İdarəsi ümumulikdə cəmi 707,2 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq etməsinə və rəsmi qaydada bildiriş göndərməsinə baxmayaraq, cavabdeh bu günədək borcunu ödəməmiş və kreditorla borclu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 30901saylı saylı qaz sayğacı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə müqavilənin eləcədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri pozulmuşdur. İş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış X1 İstismar İdarəsi tərəfindən məhkəməyə təqdim edilən abonent saldosundan görünür ki, abonent Cavabdeh istelak etdiyi qaza görə 707,2 manat debitor borcu vardır. İş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan vətəndaş abonenet Cavabdeh istehlak etdiyi qaza görə yaranmış debitor borcun olduğuna dair rəsmi xəbərdarlıq məktubu göndərilmiş və istehlakçı-borcluya borcun ödənilməsindən ötrü 10 gün müddət verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı İB məhkəməyə müraciət edərkən tələb olunan 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı İB –yə ümumilikdə cəmi 707,2 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixədək istehlak etdiyi təbii qaza görə yaranmış 707,2 manat debitor borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, Lənkəran RQİİ-nin "xxxx" ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ 37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, Vöen: **********, İban: AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixədək istehlak etdiyi təbii qaza görə yaranmış 707,2 manat debitor borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, Lənkəran RQİİ-nin "xxxx" ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ 37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, Vöen: **********, İban: AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar