Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3793/2024 29.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X2 qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 1291 manat borc və 32.91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, İMEİ KODU **********53234 SAMSUNG GALAXY A54 MARKALİ TELEFON, SAMSUNG 25WCHARGER , İmei kodu **********28472 OPPO A57S markalı telefon, HUAWEİ WATCH FİT 2 , İmei kodu **********01498 SAMSUNG GALAXY A32 markalı telefon , İMEİ KODU **********49252 SAMSUNG GALAXY A13 MARKALİ TELEFON almış vənəticədə 1291 (bir min iki yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1189.92 (bir min yüz səksən doqquz manat doxsan iki qəp) manat (12 ay x 78.41 manat + 249 manat ilkin ödəniş) İMEİ KODU **********53234 SAMSUNG GALAXY A54 MARKALİ TELEFON, SAMSUNG 25W CHARGüçEüRn ümumilikdə, 834 (səkkiz yüz otuz dörd) manat olmaqla ondan, 758.92 (yeddi yüz əlli səkkiz manat doxsan iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75.08 (yetmiş beş manat səkkiz qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 1070.06 (bir min yetmiş manat altı qəp) manat (18 ay x 56.67 manat + 50 manat ilkin ödəniş) İmei kodu **********28472 OPPO A57S markalı telefon, HUAWEİ WATCH FİT 2üçün ümumilikdə 303 (üç yüz üç) manat olmaqla ondan, 275.65 (iki yüz yetmiş beş manat altmış beş qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.35 (iyirmi yeddi manat otuz beş qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 734.76 (yeddi yüz otuz dörd manat yetmiş altı qəp) manat (18 ay x 40.82 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********01498 SAMSUNG GALAXY A32 markalı telefonüçün ümumilikdə, 90 (doxsan) manat olmaqla ondan, 81.22 (səksən bir manat iyirmi iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.78 (səkkiz manat yetmiş səkkiz qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 517.68(beş yüz on yeddi manat altmış səkkiz qəp) manat (18 ay x 28.76 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********49252 SAMSUNG GALAXY A13 MARKALİ TELEFüOçüNn ümumilikdə 64 (altmış dörd) manat olmaqla ondan, 58.86 (əlli səkkiz manat səksən altı qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.14 (beş manat on dörd qəp) manat cərimə. Cavabdehin cəmi ödədiyi məbləğ 2337.77 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. xx.xx.2024-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilməsinə və onun tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan "xxxx" MMC ilə X3 arasında bağlanmış 18631239 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, X3 ilə "xxxx" MMC arasında İmei kodu **********53234 SAMSUNG GALAXY A54 markalı telefon, SAMSUNG 25WCHARGER alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə X3 arasında bağlanmış ******* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, X3 ilə "xxxx" MMC İmei kodu **********28472 OPPO A57S markalı telefon, HUAWEİ WATCH FİT 2 alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə X3 arasında bağlanmış ******* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, X3 ilə "xxxx" MMC İmei kodu **********01498 SAMSUNG GALAXY A32 markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə X3 arasında bağlanmış 03452332 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, X3 ilə "xxxx" MMC İmei kodu İmei kodu **********49252 SAMSUNG GALAXY A13 markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 78.41 manat, cəmi 1189.92 manatı X3 "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 56.67 manat, cəmi 1069.98 manatı X3 "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, hər ay 40.82 manat, cəmi 734.69 manatı X3 "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 28.76 manat, cəmi 517.74 manatı X3 "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, X3 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1189.92 manat dəyərində olan, 249 manat ödəyərək aldığı İmei kodu **********53234 SAMSUNG GALAXY A54 markalı telefon, SAMSUNG 25WCHARGER üçün 12 ay müddətinə hər ay 78.41 manat ödəməli olduğu halda, cəmi 431 manat ödəmiş və onun 758.92 manat əsas, 75.08 manat cərimə, cəmi 834 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1070.06 manat dəyərində olan, 50 manat ödəyərək aldığı İmei kodu **********28472 OPPO A57S markalı telefon, HUAWEİ WATCH FİT 2 üçün 18 ay müddətinə hər ay 56.67 manat ödəməli olduğu halda, cəmi 794.41 manat ödəmiş və onun 275.65 manat əsas, 27.35 manat cərimə, cəmi 303 manat; xx.xx.2022-i il tarixli müqaviləyə əsasən 734.76 manat dəyərində olan, 0 manat ödəyərək aldığı İmei kodu **********01498 SAMSUNG GALAXY A32 markalı telefon üçün 18 ay müddətinə hər ay 40.82 manat ödəməli olduğu halda, cəmi 653.54 manat ödəmiş və onun 81.22 manat əsas, 8.78 manat cərimə, cəmi 90 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 517.68 manat dəyərində olan, 0 manat ödəyərək aldığı İmei kodu İmei kodu **********49252 SAMSUNG GALAXY A13 markalı telefon üçün 18 ay müddətinə hər ay 28.76 manat ödəməli olduğu halda, cəmi 458.82 manat ödəmiş və onun 58.86 manat əsas, 5.14 manat cərimə, cəmi 64 manat, ümumilikdə dörd müqavilə üzrə 1291 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 32.91 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32.91 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 ümumilikdə 1291 manat borc, 32.91 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3793/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3793/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver