Məhkəmə qərarları › İş №e-2(049)-3804/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3804/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3804/2025 26.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”-nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********33240 İPHONE 13 markalı telefon, APPLE ADAPTER üçün 1524,96 (min beş yüz iyirmi dörd manat, 96 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, 152,50 (yüz əlli iki manat, 50 qəpik) manat cərimə ümumilikdə 1701,06 manat borc və 37,02 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********33240 İPHONE 13 markalı telefon, APPLE ADAPTER almış və nəticədə 1701,06 (min yeddi yüz bir manat, 06 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 1524,96 (min beş yüz iyirmi dörd manat, 96 qəpik) manat (yəni 12 ay x 127,08 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********33240 İPHONE 13 markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, 1701,06 (min yeddi yüz bir manat, 06 qəpik) manat olmaqla ondan 1524,96 (min beş yüz iyirmi dörd manat, 96 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olaraq 152,50 (yüz əlli iki manat, 50 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-cı bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir və məhkəmə tərəfindən hazırki mülki iş iddia icraatına keçirilmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə ona İPONE 13 markalı telefon verilmişdir. Həmin telelfonu aldıqdan sonra 20-25 gün müddətində telefon həddindən artıq enerji yığan zaman və istifadə edilən zaman çox isti olurdu yəni qızırdı və donurdu. O, bunun anormal olduğunu dərhal bilmişdir. Telefonu aldığı Kontak Home mağazasına yaxınlaşmış, problem barədə dərhal məlumat vermiş, telefonu geri qaytarmaq istəyəndə satıcı onunla razılşmamışdır. Bildirmişdir ki, bu hal normaldır. Lakin o, ipone 13 işlədən digər şəxslərdən bu baş verənlər barədə soruşduqda onlar ona bu halın düzgün olmadığını və onlarda olan telefonda belə halın olmadığını bildirmişlər. O, yenidən mağazaya gedərək telefonu qaytarmaq istədikdə mağaza ona 1525 manat satdığı telefonu 20 gündən sonra 500 manata qiymətləndirərək geri almaq istəmişdir. Yerdə qalan borcu isə hissə-hissə ödəməyini bildirmişdir. O, da bununla razılaşmamışdır. Nəhayət bu olanlardan sonra satıcı mənə qarşı iddia ilə məhkəməyə müraciət edərək, ondan telefonu deyil onun əvəzinə pulun geri tələb etməsi, doğru deyildir. Hesab edir ki, qeyd etdiyi faktlar məhkəmə tərəfindən araşdırılmalı, müvafiq ekspert təyin edilməli, ekspert rəyindən sonra həqiqətən telefonun ilk vaxtlardan nə səbəbə qızdığını (çox isti olduğunu), donduğunu, ağır işlədiyini müəyyən etmək lazımdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, Cavabdeh tərəfindən ona satılmış İpohe 13 markalı mobil telefonun təmiri ilə əlaqadar qarantiya müddətində servis mərkəzinə müraciət etməmişdir, həmin mobil telefon halhazıradək cavabdehin istifadəsindədir və o, həmin telefonla əlaqədar iddiaçıya heç bir vəsait ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı olan iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun vermiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025 -ci il tarixli ********** saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh APPLE 20W USE-C ADAPTER MHJE3ZM/A/ MUW3ZM/A, İPHONE 13 128GB –MİDNİGHT olmaqla alğı-satqı qiyməti 1524,99 manat (yəni 12 ay x 127,08 manat + 0 manat ilkin ödəniş) satılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2025 -ci il tarixli ********** saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 1701.06 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, həmin məktubla cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilmişdir. xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh APPLE 20W USE-C ADAPTER MHJE3ZM/A/ MUW3ZM/A, İPHONE 13 128GB –MİDNİGHT-ı tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş qəbzindən görünür ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 37.02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən İddiaçı MMC Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********33240 İPHONE 13 markalı telefon, APPLE ADAPTER üçün 1524,96 (min beş yüz iyirmi dörd manat, 96 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, 152,50 (yüz əlli iki manat, 50 qəpik) manat cərimə ümumilikdə 1701,06 manat borc və 37,02 manat ödənilmiş dövlət rüsumu alınaraq onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı MMC-yə ümumilikdə cəmi 1.548,56 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1 maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4 maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yeksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37,02 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********33240 İPHONE 13 markalı telefon, APPLE ADAPTER üçün 1524,96 (min beş yüz iyirmi dörd manat,96 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, cərimənin əvəzi olaraq 80 (səksən) manat cərimə ümumilikdə, 1.628,56 manat borc və 37,02 manat ödənilmiş dövlət rüsumu pul vəsaiti alınaraq, İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********33240 İPHONE 13 markalı telefon, APPLE ADAPTER üçün 1524,96 (min beş yüz iyirmi dörd manat,96 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, cərimənin əvəzi olaraq 80 (səksən) manat cərimə ümumilikdə 1.628,56 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37,02 manat pul vəsaiti alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar