Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3806/2024 16.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” “pul” tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X2 qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” “pul” tələbi ilə bağlı məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ TV üçün ümumilikdə 492 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya sistemində əldə edilən çıxarışdan görünür ki, Cavabdeh 07 noyabr 2023-cü il tarixdə ölmüşdür. Lənkəran Regional “AsanXidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 927 nömrəli məktubundan görünür ki, Cavabdeh adına vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi “Elektron notariat” X1 vasitəsi ilə yoxlanılmış, lakin heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prosessual hüquq varisliyi prosessual hüquq və vəzifələrin maddi hüquq varisliyi ilə bağlı bir şəxsdən digər şəxsə keçməsi deməkdir. Prosessual hüquq varisliyinin əsasları elə maddi-hüquq varisliyin əsaslarıdır. Əgər sonuncu hüquq və vəzifələrin bir şəxsdən digər şəxsə keçməsinə yol verirsə, bu halda prosessual hüquq varisliyi də mümkündür. Əks halda, prosessual hüquq varisliyinə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə Cavabdeh ölmüş və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir. Məhkəmə hesab edir ki, prosessual və maddi-hüquq varisliyinin əsasları baxımından vərəsəlik şəhadətnaməsi təqdim edilmədən hər hansı bir şəxsin hüquq varisi kimi cavabdeh ilə əvəz edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7 maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 256, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” “pul” tələbinə dair iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-3806/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3806/2024
16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver