Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3850/2024 06.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X2 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranan borcun və dəymiş ziyan üzrə pul tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİR HİSSƏ: İddiaçı MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli lizinq müqaviləsinin şərtlərinə əsasən 2400 manat pulun və ödənilmiş 44 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “X1" MMC ilə cavabdeh ğlu arasında xx.xx.2022-ci il tarixdə “182/2022 saylı X4 müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən buraxılış ili 2007-ci il olan, gümüşü mavi metalik rəngli, 77- AC-245 dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 11500 manat qiymətləndirilmiş və “ X1" tərəfindən 36 ay müddətinə cavabdehə X4 müqaviləsinə əsasən lizinqə verilmişdir. Müqaviləyə əlavə edilmiş əlavə № 1 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini (36 ay müddətinə, hər ay 455 manat olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı öz öhdəliklərini yerinə yetirmiş və xx.xx.2022-ci il tarixdə buraxılış ili 2007- ci il olan, gümüşü mavi metalik rəngli, “Kia Rio” markalı minik nəqliyyat vasitəsini cavabdehə təqdim etmiş və təhvil-təslim aktı barədə tərəflər akta imza etmişlər. Cavabdeh isə “X4 müqaviləsi” ilə müəyyən edilmiş öhdəliklərə əməl etməmişdir. Belə ki, 02 oktyabr 2023-cü il tarixdə cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə avtomobil yararsız vəziyyətə düşmüşdür. “Paşa Sığorta" ASC tərəfindən 5098 manat sığorta hadisəsi qiymətləndirilmiş və “Paşa Sığorta" ASC ilə bağlanmış “sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair” akta əsasən avtomobilin qalıq hissə dəyəri 3500 manat müəyyən edilmişdir. Avtomobil cavabdeh tərəfindən yararsız vəziyyətə salınmış və şirkətimizə qaytarılmışdır. Cavabdeh avtomobili öz istifadəsinə götürüb müqavilə üzrə ödənişləri ödəyə və ya avtomobili qaytardığı halda dəymiş ziyanı ödəyə bilərdi. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli “182/2022 saylı X4 müqaviləsi” üzrə öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdehə 11500 manat dəyərində olan avtomobil təhvil verilsə də, avtomobil yararsız vəziyyətə salınaraq 3500 manat dəyərinə düşmüşdür. Cavabdehin müqavilə üzrə öhdəliyi daha yüksək məbləğ olsa da güzəşt edilərək 2400 manat cavabdehdən tələb edilmişdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iş materiallarına əlavə ediləcək hər hansı sənədin olmadığını və işə onların iştirakı olmadan baxıb, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasınıda Cavabdeh iddianı etiraf edib ərizə verərək iddianı qəbul etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, 182/22 saylı X4 Müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan X4i müqaviləsinə əsasən, buraxılış ili 2007-ci il olan, gümüşü mavi metalik rəngli, **-AC-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 11500 manat qiymətləndirilmiş və “ X1" tərəfindən 36 ay müddətinə, ayda 446 manat, sonuncu ayda isə 429 manat ödəmək şərti ilə cavabdehə X4 müqaviləsinə əsasən lizinqə verilmişdir. Təhvil-təslim aktının surətindən görünür ki, Lizinq verən, ümumi dəyəri 11500 manat olan “Kia Rio” markalı minik nəqliyyat vasitəsini lizinq alana təqdim edərkən lizinq obyekti yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Lizinq alan, lizinq obyektini lizinqə qəbul etmişdir. İş materiallarına əlavə olunmuş və cavabdeh tərəfindən imzalanmş iltizamın surətindən görünür ki, cavabdeh lizinqə götürdüyü lizinq obyektinin illik 350 manat sığorta xərcini İddiaçı MMC-yə ödəmək və sığorta polisinə müvafiq olaraq hər hansı sığorta halı baş verdikdə lazımi qaydada “Paşa” sığorta şirkətinə müraciət etməyi öhdəliyinə götürmüşdür. İş materiallarında olan aktdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində tam məhv olunmuş avtomobilin qalıq dəyəri 3500 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 53/24 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində tam məhv olunmuş avtomobilin qalıq dəyəri olan 3500 manatdan ödədiyi aylıq ödənişlər çıxıldıqdan sonra qalmış məbləği 10 gün ərzində təmin edilməyəcəyi təqdirdə müqavilə şərtinə əsasən məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hökümət ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə idida qaldırmaq üçün dövlət büdcəsinə 44 manat ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və cavabdehdən 2400 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 44 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə “182/2022 saylı X4 Müqaviləsinə əsasən Cavabdeh 2400 (iki min dörd yüz) manat tutularaq, İddiaçı MMCyə verilsin. İddiaçı tərəfindən ödənilmiş 44 manat dövlət rüsumu cavabdehə aid edilsin və sonuncudan alınaraq iddiaçıya verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(049)-3850/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3850/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver