Məhkəmə qərarları › İş №e-2(049)-3948/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3948/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3948/2024 11.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi,iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" MMC-i kiçik iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, satılmış ONEBLADE PHİLİPS, FRİTOZ TEFAL EASY üçün ümumilikdə 587 manat olmaqla ondan, 489.96 manat ödənilməmiş hissə, 97.04 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********59258 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, 3696 manat olmaqla ondan, 3360 manat ödənilməmiş hissə, 336 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən APPLE MACBOOK kampüteri üçün ümumilikdə 5010 manat olmaqla ondan, 4687.02 manat ödənilməmiş hissə, 322.98 manat dəbbə borcu yaranmışdır, ümumilikdə isə 9293 manat borc və 112.93 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh həmin kiçik iddiaya qarşı etiraz etdiyindən, iş iddia icraatına keçmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh ONABLADE PHİLİPS, FRİTOZ TEFAL EASY, İMEİ KOD **********59258 İPHONE 15 PRO markalı telefon, APP ADAPTER, APPLE MACBOOK PRO kampüter almış və nəticədə 9293 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə ümumilikdə 9293 manat ödəməli olduğu məbləğdən 29.4 manat ödəmiş, 8536 manat əsas, 756.02 manat cərimə borcu yaranmışdır. Cavabdehin xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-ci il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2024-ci ildir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2024-ci il tarixli ******* saylı müqavilədən görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında ONEBLADE PHİLİPS QP6541/15, FRİTOZ TEFAL EASY FRY&GRİLL PRECİSİON+********** alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 81.66 manat, cəmi 519.38 manatı Əlavə olaraq xx.xx.2024-cü il tarixli 072582 saylı müqavilədən görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A, İPHONE 15 PRO 256GB BLACK alınmasından ötrü müqavilə bağlanmışdır. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 280 manat olmaqla, cəmi 3360 manatı Digər əlavə olan xx.xx.2024-cü il tarixli 04254583 saylı müqavilədən görünür ki, cavabdeh ilə "xxxx" arasında APPLE MACBOOK PRO 14MTL73RU/A SPACE GREY alınmasından ötrü müqavilə bağlanmışdır Ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 260.39 manat olmaqla, cəmi 4687.02 manat Cavabdeh "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024ci il tarixli müqavilələrə əsasən ümumi dəyəri 9293 manat olan məhsulların, pul ödəməyərək aldığı ONEBLADE PHİLİPS QP6541/15, FRİTOZ TEFAL EASY FRY&GRİLL PRECİSİON+********** üçün 6 ay müddətinə, ilkin ödəniş 29.4 manat olmaqla hər ay 81.66 manat, İMEİ KOD **********59258 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER üçün 12 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla hər ay 280 manat, APPLE MACBOOK PRO 14MTL73RU/A SPACE GREY üçün 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla hər ay 260.39 manat ödəməli olduğu halda, cəmi 29.40 manat ödəmiş və onun 8536 manat əsas, 756.02 manat cərimə olmaqla, cəmi 9293 manat borcu yaranmışdır. Əşyaların Təhvil-Təslim aktından görünür ki, ONEBLADE PHİLİPS QP6541/15, FRİTOZ TEFAL EASY FRY&GRİLL PRECİSİON+**********, İMEİ KOD **********59258 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER, APPLE MACBOOK PRO 14MTL73RU/A SPACE GREY Cavabdeh Bətiyar oğluna çatdırılmış və o, aktları imzalamaqla məhsulu tam və qüsursuz şəkildə təhvil aldığını təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 112.93 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, Cavabdeh, iddiaçı təşkilatla bir ədəd “Bosch” markalı soyuducu alınmasından ötrü xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-ci il tarixli 0720583, 072582 və 04254583 saylı müqavilələr imzalamış və həmin müqaviləyə əlavə olaraq iddiaçı ilə cavabdeh arasında məhsulun təhvil alınmasından ötrü Təhvil-təslim aktı imzalanmışdır. Cavbdeh Cavabdeh həmin aktı imzalamaqla orada qeyd edilən bütün şərtləri, o cümlədən, aktın 2-ci bəndində qeyd edildiyi kimi ”ABC tərəfindən Mal ünvana çatdırılarkən, həmin vaxt o ünvanda olan istənilən şəxsə Malın qəbul etməsini və qəbul aktını imzalanmasını etibar edir” şərtinə də razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 112.93 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 9293 manat borc və 112.93 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar