Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4039/2025 05.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 925.04 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********36841 SAMSUNG GALAXY A06, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, VELOSİPED ZİGZAG, KİESLECT ACTOR CALLİNG WATCH qol saatı almış və nəticədə 925.04 (doqquz yü ziyirmi beş manat, 4 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 415.92 (dörd yüz o nbeş manat, 92 qəpik) manat (12 ay x 34.66 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********36841 SAMSUNG GALAXY A06, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün ümumilikdə, 404.44 (dörd yüz dörd manat 44 qəpik) manat olmaqla ondan, 346.22 (üç yüz qırx altı manat, 22 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 34.62 (otuz dörd manat, 62 qəpik) manat cərimə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 307.95 (üç yüz yeddi manat, 95 qəpik) manat (15 ay x 20.53 manat + 0 manat ilkin ödəniş) olan VELOSİPED ZİGZAG üçün ümumilikdə, 316 (üç yüz on altı) manat olmaqla ondan, 287.27 (iki yüz səksən yeddi manat 27 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28.73 (iyirmi səkkiz manat, 73 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 213 (iki yüz on üç) manat (15 ay x 13.4 manat + 12 manat ilkin ödəniş) olan KİESLECT ACTOR CALLİNG WATCH qol saatı üçün ümumilikdə, 204.6 (iki yüz dörd manat 60 qəpik) manat olmaqla ondan, 186 (yüz səksən altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18.6 (on səkkiz manat 60 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 117.38 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-cü il il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdehə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, lakin məhkəmə bildirişi cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********** nömrəli, xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında İmei kod **********36841 SAMSUNG GALAXY A06, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC VELOSİPED ZİGZAG alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında KİESLECT ACTOR CALLİNG WATCH qol saatı alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqaviləyə əlavə olunmuş müqavilənin əlavəsindən görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə görə İmei kod **********36841 SAMSUNG GALAXY A06, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 0 manat ilkin ödəmiş, qalan məbləği 12 ay müddətinə aylıq 34.66 AZN olmaqla, ümumilikdə 415.96 manat hər ayın 22-si "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək, hər ay 20.53 manat, cəmi 307.95 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqaviləyə əlavə olunmuş müqavilənin əlavəsindən görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə görə KİESLECT ACTOR CALLİNG WATCH qol saatı üçün 12 manat ilkin ödəmiş, qalan məbləği 15 ay müddətinə aylıq 13.4 AZN olmaqla, ümumilikdə 213 manat hər ayın 31-i "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə 415.92 manat dəyərində olan 0 manat ödəyərək aldığı İmei kod **********36841 SAMSUNG GALAXY A06, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 12 ay müddətinə hər ay 34.66 manat ödəməli olduğu halda, cəmi 69.7 manat ödəmiş və onun 346.22 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, 34.62 manat cərimə, cəmi 404.44 manat; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 307.95 manat dəyərində olan, 0 manat ödəyərək aldığı VELOSİPED ZİGZAG üçün 15 ay müddətinə hər ay 20.53 manat ödəməli olduğu halda, cəmi 20.68 manat ödəmiş və onun 287.27 manat əsas, 28.73manat cərimə, cəmi 316 manat; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 213 manat dəyərində olan, 12 manat ödəyərək aldığı KİESLECT ACTOR CALLİNG WATCH qol saatı üçün 15 ay müddətinə hər ay 13.4 manat ödəməli olduğu halda, cəmi 27 manat ödəmiş və onun 186 manat əsas, 18.6 manat cərimə, cəmi 204.60 manat, ümumilikdə üç müqavilə üzrə 925.04 manat borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 81.95 manat cərimə məbləği əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 42 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 819.49 manat borc, 42 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 915.09 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-4039/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4039/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver