Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4043/2025 27.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6044.15 manat borc, 80.45 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025 -ci il tarixli müqavilələrə əsasən, zəmanət + 1 il xidməti, X1 X20+, qızıl zəmanət ultra 1 il (sığorta) xidməti, Playstation 5, X2 5 kompüter, zəmanət + 1 il xidməti almış və nəticədə 6044.15 (altı min qırx dörd manat, 15 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1100.16 (bir min yüz manat, 16 qəpik) manat (18 ay x 41.12 manat + 360 manat ilkin ödəniş) olan zəmanət + 1 il xidməti, bot Tozsoran Xiaomi X20+ üçün ümumilikdə, 814.18 (səkkiz yüz on dörd manat, 18 qəpik ) manat olmaqla ondan, 740.16 (yeddi yüz qırx manat, 16 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74.02 (yetmiş dörd manat, 2 qəpik) manat dəbbə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1763.44 (bir min yeddi yüz altmış üç manat, 44 qəpik) manat (12 ay x 127.62 manat + 232 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 1 il (sığorta) xidməti, Playstation 5 üçün ümumilikdə, 1684.58 (bir minaltı yüz səksən dörd manat, 58 qəpik) olmaqla ondan, 1531.44 (bir min beş yüz otuz bir manat, 44 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 153.14 (yüz əlli üç mnat 14 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 4111.08 (dörd yüz on bir manat, 8 qəpik) manat (12 ay x 179.06 manat + 888 manat ilkin ödəniş) olan X2 5 kompüter, zəmanət + 1 il xidməti üçün ümumilikdə, 3545.39 (üç min beş yüz qırx beş manat, 39 qəpik) manat olmaqla ondan, 3223.08 (üç min iki yüz iyirmi üç manat, 8 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 322.31 (üç yüz iyirmi iki manat, 31 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1480 manat təşkil edir Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025 -ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh ilə aralarında olan telefon danışığı, həmçinin göndərdiyikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********** nömrəli, xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında zəmanət +1 il xidməti, X1 X20+ alınmasından ötrü müqavilə bağlanılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında qızıl zəmanət ultra 1 il (sığorta) xidməti, Playstation 5 alınmasından ötrü müqavilə bağlanılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********** nömrəli, xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında X2 5 kompüter, zəmanət +1 il xidməti alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqaviləyə əlavə olunmuş müqavilənin əlavəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə görə zəmanət +1 il xidməti, X1 X20+ üçün 360 manat ilkin ödəmiş, qalan məbləği 18 ay müddətinə aylıq 41.12 manat olmaqla, ümumilikdə 1100.2 manat hər ayın 22-si "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqaviləyə əlavə olunmuş müqavilənin əlavəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə görə qızıl zəmanət ultra 1 il (sığorta) xidməti, Playstation 5 üçün 232 manat ilkin ödəmiş, qalan məbləği 12 ay müddətinə aylıq 127.62 manat olmaqla, ümumilikdə 1763.39 manat hər ayın 22-si "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqaviləyə əlavə olunmuş müqavilənin əlavəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə görə qızıl X2 5 kompüter, zəmanət +1 il xidməti üçün 888 manat ilkin ödəmiş, qalan məbləği 18 ay müddətinə aylıq 179.06 manat olmaqla, ümumilikdə 4110.99 manat hər ayın 24-ü "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1100.16 manat dəyərində olan, 360 manat ödəyərək aldığı zəmanət +1 il xidməti, X1 X20+ üçün 18 ay müddətinə hər ay 41.12 manat ödəməli olduğu halda, cəmi 360 manat ödəmiş onun 740.16 manat əsas, 41.02 manat cərimə, cəmi 814.18; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1763.44 manat dəyərində olan, 232 manat ödəyərək aldığı zəmanət ultra 1 il (sığorta) xidməti, Playstation 5 üçün 12 ay müddətinə hər ay 127.62 manat ödəməli olduğu halda, cəmi 232 manat ödəmiş və onun 1531.44 manat əsas, 153.14 manat cərimə, cəmi 1684.58 manat; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 4111.08 manat dəyərində olan, 888 manat ödəyərək aldığı qızıl X2 5 kompüter, zəmanət +1 il xidməti üçün 18 ay müddətinə hər ay 179.06 manat ödəməli olduğu halda, cəmi 888 manat ödəmiş və onun 3223.08 manat əsas, 323.31 manat cərimə, cəmi 3545.39 manat, ümumilikdə üç müqavilə üzrə 6044.15 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 80.45 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 549.47 AZN cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 274 AZN həcmində tutulmasını daha ədalətli hesab edir. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyi üçün iddianın ödənilmiş hissəsinə mütənasib olaraq 77.68 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun 2.77 manat hissə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 5494.68 manat borc, 274 manat cərimə məbləği və 77.68 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5846.36 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyəli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2.77 manat hissə iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-4043/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4043/2025
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver