Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4066/2024 16.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin alınaraq mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdeh h Cavabdeh 16 iyul 2021-ci il tarixli MAS-5004 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 oktyabr 2024-cü il tarixə 1386.32 manat gecikdirilmiş əsas, 331.72 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 252.98 manat dəbbə pulu, cəmi 1.971,02 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 16 iyul 2021-ci il tarixli MAS-5004 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429.49 manat, ümumilikdə isə 24016 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24016 manatın 16800 manatı əsas məbləğ təşkil edir. 31 avqust 2021-ci il tarixdə X1, X6 və İddiaçı MMC arasında MAS-5004 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 16 iyul 2021-ci il tarixli MAS- 5004 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri E.Əliyev öz üzərinə götürmüşdür. 06 sentyabr 2021-ci il tarixdə X6, X4 və İddiaçı MMC arasında MAS-5004 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 16 iyul 2021-ci il tarixli MAS- 5004 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri H.Əliyev öz üzərinə götürmüşdür. 19 fevral 2024-cü il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS- 5004 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 16 iyul 2021-ci il tarixli MAS-5004 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5004 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 29 oktyabr 2024-cü il tarixə ümumilikdə 1.971,02 manat məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə göndərək mülki işə iştirakları olmadan baxıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: 16.07. 2021-ci il tarixli MAS-5004 saylı «Daxili lizinq» müqaviləsindən və 1 saylı əlavədən görünür ki, İddiaçı MMC (lizinq verən) 2021-ci il buraxılışlı, Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 (lizinq alan) oğlunun müvəqqəti sahiblik və istifadəsinə verilməyi, sonucu isə hər ay sabit olaraq 429.49 manat, ümumilikdə isə 24016 manat məbləği 48 ay müddətinə illk 23 % faiz həcmində mükafat məbləğ ilə ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz dəbbə pulu ödənilir və lizinq alan tərəfindən lizinq verənə ödənilir. 31 avqust 2021-ci il tarixdə X1, X6 və İddiaçı MMC arasında MAS-5004 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış müqavilədən görünür ki, 16 iyul 2021-ci il tarixli MAS-5004 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri E.Əliyev öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-yə məxsus Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322643 ban nömrəli, qara rəngli avtomobil X3 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə X6, X4 və İddiaçı MMC arasında MAS5004 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış müqavilədən görünür ki, 16.07. 2021-ci il tarixli MAS-5004 saylı «Daxili lizinq» müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-yə məxsus Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322643 ban nömrəli, qara rəngli avtomobil X2 təhvil verilmişdir. 19 fevral 2024-cü il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış “Öhdəliklərin ötürürülməsi” haqqında müqavilədən görünür ki, 16 iyul 2021-ci il tarixli MAS- 5004 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-yə məxsus Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322643 ban nömrəli, qara rəngli avtomobil Cavabdeh təhvil verilmişdir. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2024-ci il tarixdə 400 manat məbləğində olmuşdur. 2412 saylı, xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı MMC-nə ödənilməmiş qalan 1.389.32 manat gecikdirilmiş əsas, 331.72 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 252.98 manat dəbbə pulu, cəmi 1971.02 manat borcu vardır. Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, iddianın verilməsinə görə 100 manat isə xdmət haqqı ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 16.07. 2021-ci -ci il tarixli MAS-5400 saylı «Daxili lizinq» müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322643 ban nömrəli, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 400 manat, ümumilikdə isə 13400 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 16.5011 manatın əsas məbləğ təşkil edir. xx.xx.2021-ci il tarixdə X6, X4 və İddiaçı MMC arasında MAS-5400 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və xx.xx.2021 il tarixli MAS-5400 saylı «Daxili lizinq» müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-5400 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlamış və xx.xx.2024-cü il tarixli MAS-5400 saylı «Daxili lizinq» müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 400 manat məbləğində olmuşdur. Hazırda Cavabdeh iddiaçıya olan 1.389.32 manat gecikdirilmiş əsas, 331.72 manat gecikdirilmiş mükafat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.4-ci maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilərək, 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılmalı, 16 iyul 2021-ci il tarixli MAS-5004 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 oktyabr 2024-cü il tarixə 1.386,32 manat gecikdirilmiş əsas, 331,72 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 252,98 manat dəbbə pulu olmaqla, cəmi 1.971,02 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılsın. 16 iyul 2021-ci il tarixli MAS-5004 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 1.386,32 manat gecikdirilmiş əsas borc, 331,72 manat gecikdirilmiş mükafat borcu və 252,98 manat dəbbə pulu olmaqla, cəmi 1.971,02 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-4066/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4066/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver