Məhkəmə qərarları › İş №e-2(049)-4155/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4155/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4155/2023 08.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSİ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, çəhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********86392 Samsung Galaxy A53 markalı telefon, Samsung Gharger, 2 ədəd Elexus xalça, İmei kodu **********18729 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********38828, Samsung Galaxy A52 markalı telefon, Marvin-Genc-Dolab, Marvin-Genc- Car Matras üçün 2468 manat borc və 44.68 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********86392 Samsung Galaxy A53 markalı telefon, X2 kodu **********18729 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********38828, Samsung Galaxy A52 markalı telefon, Marvin-Genc- Dolab, Marvin-Genc-Car Matras almış və nəticədə 2468 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1103.7 manat (12 ay x 87.6 manat + 52.5 manat ilkin ödəniş) olan İmei kod **********86392 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG CHARGER üçün 702 manat olmaqla ondan, 638.1 manat ödənilməmiş hissə, 63.9 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 365.94 manat (18 ay x 20.33 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd ELEXUS xalçaüçün 83 manat olmaqla ondan 75.41 manat ödənilməmiş hissə, 7.59 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 390 manat (12 ay x 32.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********18729 SAMSUNG GALAXYA12 markalı telefon üçün 114 manat olmaqla ondan 103.8 manat ödənilməmiş hissə, 10.2 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 750.9 manat (12 ay x 57 manat + 66.9 manat ilkin ödəniş) olan İmei kod **********38828 SAMSUNG GALAXY A52 markalı telefonüçün 376 manat olmaqla ondan 341.9 (üç yüz qırx bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, 34.1 (otuz dörd manat on qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 691.2 manat (24 ay x 28.8 manat + 0 manat ilkin ödəniş) olan , MARVİN - GENC – DOLABüçün 510 (beş yüz on) manat olmaqla ondan 463.33 (dörd yüz altmış üç manat otuz üç qəpik) manat ödənilməmiş hissə, 46.67 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 861.6 manat (24 ay x 35.9 manat + 0 manat ilkin ödəniş) olan MARVİN - GENC - TUMBA, MARVİN - GENC - CARPAYİ, MATRüAçSün 683 manat olmaqla ondan 620.7 manat ödənilməmiş hissə, 62.3 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində SAMSUNG CHARGER -dən imtina etmişdir 52.9 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 412.7 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 52.9 manat, ümumilikdə, 465.6 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1920.1 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-c il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrindən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında, İmei kodu **********86392 Samsung Galaxy A53 markalı telefon, Samsung Gharger, 2 ədəd Elexus xalça, İmei kodu **********18729 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********38828, Samsung Galaxy A52 markalı telefon, Marvin-Genc-Dolab, Marvin-Genc- Car Matras alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəllərindən görünür ki, 04261162 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən və xx.xx.2023-cü il tarixədək, 2 ədəd Elexus xalça, üçün hər ay 20.33 manat, cəmi 365.94 manatı; ******* saylı müqavilə üzrə isə xx.xx.2021-ci il tarixdən və xx.xx.2022ci il tarixədək, markalı İmei kodu **********18729 Samsung Galaxy A12 markalı telefon, üçün hər ay 32.5 manat, cəmi 390 manatı, ******* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən və xx.xx.2022-ci il tarixədək, İmei kodu **********38828, Samsung Galaxy A52 markalı telefon, üçün hər ay 57 manat, cəmi 750.89 manatı, ******* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən və xx.xx.2023-cü il tarixədək, Marvin-Genc-Dolab, üçün hər ay 28.8 manat, cəmi 691.2 manatı, ******* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən və xx.xx.2023-cü il tarixədək, Marvin-Genc-Car Matras üçün hər ay 35.9 manat, cəmi 861.6 manatı, 04261620 saylı müqavilə üzrə isə xx.xx.2022-ci il tarixdən və xx.xx.2023-cü il tarixədək, İmei kodu **********86392 Samsung Galaxy A53 markalı telefon, Samsung Gharger, üçün hər ay 87.6 manat, cəmi 1103.7 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********86392 Samsung Galaxy A53 markalı telefon, Samsung Gharger, üçün 12 ay müddətə, 52.5 manat ilkin ödəniş, hər ay 87.6 manat olmaqla 1103.7 manat ödəməli olduğu halda 412.7+52.9 (məhsul qaytarıldıqdan sonra qoyulan qiymət) 465.6 manat ödəmiş və onun 638.1 manat ödənməmiş əsas, 63.9 manat cərimə borcu olmaqla cəmi 702 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Elexus xalça üçün 18 ay müddətə hər ay 20.33 manat olmaqla 365.94 manat ödəməli olduğu halda, 290.53 manat ödəmiş və onun 75.41 manat ödənməmiş əsas, 7.59 manat cərimə olmaqla 83 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********18729 Samsung Galaxy A12 markalı telefon üçün 12 ay müddətə hər ay 32.5 manat olmaqla 390 manat ödəməli olduğu halda 286.2 manat ödəmiş və onun 103.8 manat ödənməmiş əsas, 10.2 manat cərimə borcu olmaqla cəmi 114 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********38828 üçün 12 ay müddətə, ilkin ödəniş 66.9 manat, hər ay 57 manat olmaqla 750.9 manat ödəməli olduğu halda 409 manat ödəmiş və onun 341.9 manat ödənməmiş əsas 34.1 manat cərimə borcu olmaqla cəmi 376 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Marvin-Genc-Dolab üçün 24 ay müddətə hər ay 28.8 manat olmaqla 691.2 manat ödəməli olduğu halda 227.87 manat ödəmiş və onun 463.33 manat ödənməmiş əsas, 46.67 manat cərimə borcu olmaqla cəmi 510 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Marvin-Genc-Tumba, Marvin-Genc- Çarpayı Matras üçün 24 ay müddətə hər ay 35.9 manat olmaqla 861.6 manat ödəməli olduğu halda 240.9 manat ödəmiş və onun 620.7 manat ödənməmiş əsas, 62.3 manat cərimə borcu olmaqla cəmi 683 manat borcu yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 44.68 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 44.68 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə hər altı müqaviləyə üzrə 2468 manat borcun və 44.68 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar