Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4217/2025 12.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2759.17 manat əsas, 23.60 manat İnnovatik Layihələr Mərkəzinə ödənilmiş rüsum, 275.92 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2077.03 manat əsas borc, 23.60 manat İnnovatik Layihələr Mərkəzinə ödənilmiş rüsum, 207.70 manat cərimə - cəmi 5367.02 manat borc və 73.68 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən həmin tarixlərdə dəyəri 4020.97 manat və 4033.04 manat olan əşyaları iddiaçıdan satın almışdır. xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərindən 199.93 manat ilkin ödəniş edərək qalan məbləği hər ay 212.28 manat olmaqla 18 ay ərzində, xx.xx.2025-ci il tarixli müqavilənin şərtlərinə əsasən aldığı əmlakın dəyərindən 920 manat ilkin ödəniş edərək qalan məbləği hər ay 259.42 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, onun iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2759.17 manat əsas, 23.60 manat İnnovatik Layihələr Mərkəzinə ödənilmiş rüsum, 275.92 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2077.03 manat əsas borc, 23.60 manat İnnovatik Layihələr Mərkəzinə ödənilmiş rüsum, 207.70 manat cərimə borcu hesablanmışdır. Hazırda cavabdehin iddiaçıya iki müqavilə üzrə cəmi 5367.02 manat borcu vardır. Cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 73.68 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən hər iki müqavilə üzrə cəmi 5367.02 manat borc və 73.68 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilən məzmunda izahat verərək hazırki iddia tələbini müdafiə etdiyini və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqavilələri, həmin müqavilələrə əlavə edilmiş ödəniş cədvəli, təhvil-təslim aktı, maliyyə arayışı, bildirişlər, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən həmin tarixlərdə dəyəri 4020.97 manat və 4033.04 manat olan əşyaları iddiaçıdan satın almışdır. xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərindən 199.93 manat ilkin ödəniş edərək qalan məbləği hər ay 212.28 manat olmaqla 18 ay ərzində, xx.xx.2025-ci il tarixli müqavilənin şərtlərinə əsasən aldığı əmlakın dəyərindən 920 manat ilkin ödəniş edərək qalan məbləği hər ay 259.42 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 73.68 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2759.17 manat əsas, 23.60 manat İnnovatik Layihələr Mərkəzinə ödənilmiş rüsum, 275.92 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2077.03 manat əsas borc, 23.60 manat İnnovatik Layihələr Mərkəzinə ödənilmiş rüsum, 207.70 manat cərimə - cəmi 5367.02 manat borc və 73.68 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə və təhvil-təslim aktına, xəbərdarlıq məktubuna və maliyyə arayışına istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə qarşı hər hansı etiraz irəli sürməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və iddiaçı tərəfin hazırki iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehlə iddiaçı arasında bağlanmış müqavilələrə əsasən cavabdeh borcunu hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini icra etmiş, habelə, mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı həmin müqavilələrdə və qanunvericilikdə nəzərdə tutulan qaydalara da riayət etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2759.17 manat əsas, 23.60 manat İnnovatik Layihələr Mərkəzinə ödənilmiş rüsum, 150 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2077.03 manat əsas borc, 23.60 manat İnnovatik Layihələr Mərkəzinə ödənilmiş rüsum, 110 manat cərimə - cəmi 5143.40 manat borcun tutulmasına dair hissələri təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 73.68 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2759.17 manat əsas, 23.60 manat İnnovatik Layihələr Mərkəzinə ödənilmiş rüsum, 150 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2077.03 manat əsas borc, 23.60 manat İnnovatik Layihələr Mərkəzinə ödənilmiş rüsum, 110 manat cərimə - cəmi 5143.40 manat və 73.68 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-4217/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4217/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver