Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4223/2025 25.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, iddiaçı "xxxx"-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********01479 İPHONE 16 PRO, APPLE ADAPTER, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidmətiüçün 2946.03 (iki min doqquz yüz qırx altı manat, 3 qəpik) manat ödənilməmiş hissə, 294.60 (iki yüz doxsan dörd manat, 60 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, ASUS notbuk, ZƏMANƏT + 1 İL xidmətüiçün, 2742 (iki min yeddi yüz qırx iki manat) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 274.20 (iki yüz yetmiş dörd manat, 20 qəpik) manat dəbbə ümumilikdə 6280.43 manat borc, 82.81 manat ödənilmiş dövlət rüsumu Cavabdeh qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən İMEİ Kod **********01479 İPHONE 16 PRO, APPLE ADAPTER, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti, ASUS notbuk, ZƏMANƏT + 1 İL xidməti almış və nəticədə 6280.43 (altı min iki yüz səksən manat, 43 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3672.32 (üç min altı yüz yetmiş iki manat, 32 qəpik) manat (18 ay x 168.74 manat + 635 manat ilkin ödəniş) olan İMEİ Kod **********01479 İPHONE 16 PRO, APPLE ADAPTER, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti üçün ümumilikdə, 3264.23 (üç min iki yüz altmış dörd manat, 23 qəpik) manat olmaqla ondan, 2946.03 (iki min doqquz yüz qırx altı manat, 3 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 294.60 (iki yüz doxsan dörd manat, 60 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3618 (üç min altı yüz on səkkiz manat) manat (12 ay x 228.5 manat + 876 manat ilkin ödəniş) olan ASUS notbuk, ZƏMANƏT + 1 İL xidmətüi çün ümumilikdə, 3016.20 (üç min on altı manat, 20 qəpik) manat olmaqla ondan, 2742 (iki min yeddi yüz qırx iki manat) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 274.20 (iki yüz yetmiş dörd manat, 20 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1602.29 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək ərizəyə uyğun çıxış edib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsini rəhbər tutaraq xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********01479 olan İphone 16 Pro markalı telefon. Apple Adapler. Paket XXXL xidməti. Zəmanət +3 İl xidməti üçün 2946.03 manat ödənilməmiş hissə. İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum. 294.6 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən. Asus notbuk. Zəmanət + 1 İl xidməti üçün 2742 manat ödənilmiş hissə, 274.2 manat cərimə, ümumilikdə, 6280.43 manat borc və 82.81 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən İMEİ Kod **********01479 İPHONE 16 PRO, APPLE ADAPTER, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti, ASUS notbuk, ZƏMANƏT + 1 İL xidməti alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan 22 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdehin müqavilə üzrə 6280.43 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum manat, 82.81 manat cərimə borcu vardır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan satın aldığı əşyaların dəyərini müqavilələrə əlavə edilən ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini icra etmiş, habelə, mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı həmin müqavilələrdə və qanunvericilikdə nəzərdə tutulan qaydalara riayət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 82.81 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2946.03 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.6 manat, 294.6 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2742 manat ödənilməmiş hissə, 274.2 manat cərimə olmaqla ümumilikdə 6280.43 manat borc və 82.81 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-4223/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4223/2025
25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver