Məhkəmə qərarları › İş №e-2(049)-4226/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4226/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4226/2025 13.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı «Kazimoff Group” MMC-nin Cavabdeh qarşı borcunun ödənilməsi tələbi barədə mülki iş üzrə iddiaçının nümayəndəsinin ərizəsinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı «Kazimoff Group” MMC-nın Cavabdeh qarşı borcunun ödənilməsi tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Cavabdeh qarşı vermiş olduqları iddia ərizəsini geri qaytarmağı xahiş emişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu da geri qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlərdə bərabər iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Hökümət ödəniş portalında və ya AsanPay vasitəsi ilə ödənlmiş qəbzdən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə 39.61 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı «Kazimoff Group” MMC-nın Cavabdeh qarşı borcunun ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən ödənilmiş 39.61 manat dövlət rüsumu iddiaçı «Kazimoff Group” MMC-yə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar