Məhkəmə qərarları › İş №e-2(049)-4245/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4245/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4245/2025 28.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı MMC iddia ərizəsi verərək, Cavabdeh ilə aralarında imzalanmış borc müqavilələrinə əsasən 9284 manat əsas borc və 113 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9397 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-dən bağlanmış borc müqavilələri əsasında ümumi dəyəri 12 824 manat olan məişət avadanlıqları əldə etmişdir. xx.xx.2022-ci il tarixli QQK6164740 nömrəli müqaviləyə əsasən 24 ay müddətinə əldə edilmiş avadanlıq üzrə cavabdehin 1 259 manat, xx.xx.2022-ci il tarixli QQK6164887 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə əldə edilmiş avadanlıq üzrə 3 045 manat, xx.xx.2022-ci il tarixli QQK6164999 nömrəli müqaviləyə əsasən 24 ay müddətinə əldə edilmiş avadanlıq üzrə 1 800 manat, xx.xx.2023-cü il tarixli QQK6165856 nömrəli müqaviləyə əsasən isə 12 ay müddətinə əldə edilmiş avadanlıq üzrə 3 180 manat qalıq əsas borcu mövcuddur. Beləliklə, cavabdehin qeyd olunan müqavilələr üzrə iddiaçıya ümumilikdə 9 284 manat əsas borcu qalmışdır. Odur ki, Cavabdeh müqavilələr üzrə 9284 manat əsas borc və 113 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 9397 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin elektron məhkəmə sistemi vasitəsi ilə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri, qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli QQK6164740 nömrəli, xx.xx.2022-ci il tarixli QQK6164887 nömrəli, xx.xx.2022-ci il tarixli QQK6164999 nömrəli və xx.xx.2023-cü il tarixli QQK6165856 nömrəli müqavilələrdən görünür ki, cavabdeh həmin müqavilələrdə göstərilən məişət avadanlıqlarını kredit şərtləri ilə əldə etmişdir. Təhvil-təslim aktlarından görünür ki, cavabdeh hər dörd müqavilə üzrə əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ümumi məbləği 12824 manat olan borc müqavilələri üzrə ödənməmiş 9284 manat əsas borcu yaranmışdır. Xəbərdarlıq arayışından görünür ki, iddiaçı hər dörd müqavilə üzrə yaranmış borc barədə cavabdehi məlumatlandırmaqla borcun ödənilməsini tələb etmiş, əks halda onun barəsində qanunvericiliyə uyğun olaraq məhkəmə qarşısında iddia qaldıracağı barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 113 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə təqdim edilən sənədlərdən məlum olur ki, iddiaçı, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrində göstərilən məhsulları tam və qüsursuz şəkildə cavabdehin mülkiyyətinə vermiş, lakin cavabdeh həmin müqavilələr üzrə iddiaçı qarşısında götürdüyü öhdəlikləri pozaraq borcunu ödəməmişdir. Yaranmış borc barədə cavabdehə edilən xəbərdarlıq nəticə vermədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, İddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış həmin dörd müqaviləyə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 113 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ümumilikdə dörd müqavilə üzrə 9284 manat əsas borc və 113 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar