Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4339/2025 09.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv olunması və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyul 2025-ci il tarixli, 2V-567 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməsinin ləğv olunması, onun əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsi və mərhum atası X1 qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakdan ona düşən payın müəyyən edilərək oan verilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə ilkin məhkəmə hazırlıq iclası 22 dekabr 2025-ci il saat 10:20-yə təyin edilmişdir. İddiaçı həmin məhkəmə hazırlıq iclasında iştirak etməmişdir və “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, həmin məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclası iddiaçının iştirakı olmadan keçirilərək, iş məhkəmə baxışına təyin edilmişdir. İş üzrə məhkəmə baxış iclasları – xx.xx.2026-cı il tarixə saat 10:50-yə və xx.xx.2026-cı il tarixə 10:50-yə təyin edilmişdir. Həmin tarixə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişləri iş üzrə qanunamüvafiq qaydada tərəflərə təqdim edilmişdir. Belə ki, hazırki mülki iş üzrə iddia ərizəsi İddiaçı tərəfindən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmişdir. İş üzrə xx.xx.2026-cı il tarixə saat 10:50-yə və xx.xx.2026-cı il tarixə 10:50-yə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı və cavabdehlər qanunamüvafiq qaydada məlumatlandırılaraq, bu barədə müvafiq bildiriş iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Lakin iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir (elektron kabinet vasitəsi ilə də). Eyni zamanda cavabdehlər də məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3 maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə işin bu hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 259.0.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.7-ci maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. östərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv olunması və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-4339/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4339/2025
09.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver