Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4351/2025 15.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün, 1317.96 (bir min üç yüz on yeddi manat 96 qəpik) manat ödənilməmiş hissə, 131.80 (yüz otuz bir manat 80 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 1305.02 (bir min üç yüz beş manat 2 qəpik) manat ödənilməmiş hissə, 130.50 (yüz otuz manat 50 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL xidməti, SOYUDUCU SAMSUNG üçün 1293.42 (bir min iki yüz doxsan üç manat, 42 qəpik) manat ödənilməmiş hissə, 129.34 (yüz iyirmi doqquz manat 34 qəpik) manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, LG TV üçün 932.52 (doqquz yüz otuz iki manat 52 qəpik) manat ödənilməmiş hissə, 93.25 (doxsan üç manat 25 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 802.20 (səkkiz yüz iki manat 20 qəpik) manat ödənilməmiş hissə, 80.22 (səksən manat 22 qəpik) manat cərimə pulu; xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN LG üçün 786.27 (yeddi yüz səəksən altı manat 27 qəpik) manat ödənilməmiş hissə, 78.63 (yetmiş səkkiz manat 63 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 2 İL xidməti, PALTARYUYAN LG üçün 690.53 (altı yüz doxsan manat 53 qəpik) manat ödənilməmiş hissə, 69.05 (altmış doqqyz manat 5 qəpik) manat cərimə ümumilikdə 7840.71 manat borc və 98.41 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrə əsasən, 3 ədəd SAMSUNG TV, ZƏMANƏT + 3 İL xidməti, SOYUDUCU SAMSUNG, LG TV, PALTARYUYAN LG, ZƏMANƏT + 2 İL xidməti, PALTARYUYAN LG almış və nəticədə 7840.71 (yeddi min səkkiz yüz qırx mnaat 71 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1449.96 (bir min dörd yüz qırx doqquz manat 96 qəpik) manat (18 ay 73.22 manat + 132 manat ilkin ödəniş) olan SAMSUNG TVüçün 1449.76 (bir min dörd yüz qırx doqquz manat 76 qəpik) manat olmaqla ondan, 1317.96 (bir min üç yüz on yeddi manat 96 qəpik) manat ödənilməmiş hissə, 131.80 (yüz otuzb ir manat 80 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1977.96 (bir min doqquz yüz yetmiş yeddi manat 96 qəpik) manat (18 ay x 93.22 manat + 300 manat ilkin ödəniş) olan SAMSUNG TV üçün 1435.52 (bir min dörd yüz otuz beş manat 52 qəpik) manat olmaqla ondan 1305.02 (bir min üç yüz beş manat 2 qəpik) manat ödənilməmiş hissə, 130.50 (yüz otuz manat 50 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1663.02 (bi rmin altı yüz altmış üç manat 2 qəpik) manat (18 ay x 92.39 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, SOYUDUCU SAMSUNG üçün 1422.76 (bir min dörd yüz iyirmi iki manat 76 qəpik) manat olmaqla ondan 1293.42 (bi rmin iki yüz doxsan üç manat, 42 qəpik) manat ödənilməmiş hissə, 129.34 (yüz iyirmi doqquz manat 34 qəpik) manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1539.06 (bir min beş yüz otuz doqquz manat 6 qəpik) manat (18 ay x + 62.17 manat + 420 manat ilkin ödəniş) olan LG TV üçün 1025.77 (bir min iyirmi beş manat 77 qəpik) manat olmaqla ondan 932.52 (doqquz yüz otuz iki manat 52 qəpik) manat ödənilməmiş hissə, 93.25 (doxsan üç manat 25 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1431.4 (bir min dörd yüz otuz bir manat 40 qəpik) manat (18 ay x 57.3 manat + 400 manat ilkin ödəniş) olan SAMSUNG TVüçün 882.42 (səkkiz yü zsəksən iki manat 42 qəpik) manat olmaqla ondan 802.20 (səkkiz yüz iki manat 20 qəpik) manat ödənilməmiş hissə, 80.22 (səksən manat 22 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1341.06 (bir min üç yüz qırx bir manat 6 qəpik) manat (18 ay x 56.17 manat + 330 manat ilkin ödəniş) olan PALTARYUYAN LG üçün 864.90 (səkkiz yüz altmış dörd manat 90 qəpik) manat olmaqla ondan 786.27 (yeddi yüz səəksən altı manat 27 qəpik) manat ödənilməmiş hissə, 78.63 (yetmiş səkkiz manat 63 qəpik) manat cərimə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1221(bir min iki yü ziyirmi bir) manat (12 ay x 76.75 manat + 300 manat ilkin ödəniş) olan ZƏMANƏT + 2 İL xidməti, PALTARYUYAN LG üçün 759.58 (yeddi yüz əlli doqquz manat 58 qəpik ) manat olmaqla ondan 690.53 (altı yüz doxsan manat 53 qəpik) manat ödənilməmiş hissə, 69.05 (altmış doqqyz manat 5 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3495.54 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025ci il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etməyərək verdiyi izahatında bildirdi ki, o, həmin borc məbləği ilə razıdır. Cavid adlı tanışı onu aldatmışdır. Borcunu tam ödəməyə hazırda maddi imkanı yoxdur. Odur ki, məhkəmədən hazırki vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrə əsasən, 3 ədəd SAMSUNG TV, ZƏMANƏT + 3 İL xidməti, SOYUDUCU SAMSUNG, LG TV, PALTARYUYAN LG, ZƏMANƏT + 2 İL xidməti, PALTARYUYAN LG alınmasından ötrü müqavilələr bağlanılmışdır. İş materiallarında olan 07 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdehin müqavilə üzrə 1317.96 manat ödənilməmiş hissə, 131.80 manat cərimə pulu borcu vardır. İş materiallarında olan 07 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdehin müqavilə üzrə 1305.02 manat ödənilməmiş hissə, 130.50 manat cərimə pulu borcu vardır. İş materiallarında olan 07 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehin müqavilə üzrə 1293.42 manat ödənilməmiş hissə, 129.34 (yüz iyirmi doqquz manat 34 qəpik) manat cərimə pulu borcu vardır. İş materiallarında olan 07 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdehin müqavilə üzrə 932.52 (doqquz yüz otuz iki manat 52 qəpik) manat ödənilməmiş hissə, 93.25 manat cərimə pulu borcu vardır. İş materiallarında olan 07 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdehin müqavilə üzrə 802.20 (səkkiz yüz iki manat 20 qəpik) manat ödənilməmiş hissə, 80.22 manat cərimə pulu borcu vardır. İş materiallarında olan 07 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdehin müqavilə üzrə 786.27 (yeddi yüz səəksən altı manat 27 qəpik) manat ödənilməmiş hissə, 78.63 manat cərimə pulu borcu vardır. İş materiallarında olan 07 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdehin müqavilə üzrə 690.53 (altı yüz doxsan manat 53 qəpik) manat ödənilməmiş hissə, 69.05 manat cərimə pulu borcu vardır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan satın aldığı əşyaların dəyərini müqavilələrə əlavə edilən ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini icra etmiş, habelə, mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı həmin müqavilələrdə və qanunvericilikdə nəzərdə tutulan qaydalara riayət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 98.41 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1317.96 manat ödənilməmiş hissə, 131.80 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1305.02 manat ödənilməmiş hissə, 130.50 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 1293.42 manat ödənilməmiş hissə, 129.34 manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqavilə üzrə 932.52 manat ödənilməmiş hissə, 93. manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 802.20 manat ödənilməmiş hissə, 80.22 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 786.27 manat ödənilməmiş hissə, 78.63 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 690.53 manat ödənilməmiş hissə, 69.05 manat cərimə olmaqla ümumilikdə 7840.71 manat borc və 98.41 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-4351/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4351/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver