Məhkəmə qərarları › İş №e-2(049)-438/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-438/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-438/2025 03.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 3 ədəd X2 KS PRO qol saatı üçün 864.3 (səkkiz yüz altmış dörd manat, 30 qəpik) manat ödənilməmiş hissə, 259.29 (iki yüz əlli doqquz manat, 29 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, MYCHOİCE CASE, 2 ədəd VİNİL ŞƏFFAF, İmei kod **********14370 OPPO A58 markalı telefon üçün 658.2 (altı yüz əlli səkkiz manat 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 197.46 (yüz doxsan yeddi manat, 46 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOZSORAN PHİLİPS üçün 418.5 (dörd yüz on səkkiz manat, 50 qəpik) manat ödənilməmiş hissə, 125.55 (yüz iyirmi beş manat, 55 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, MİNİ SOBATESTA üçün 69.5 (altmış doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, 20.85 (iyirmi manat 85 qəpik) manat cərimə ümumilikdə 2637.25 manat borc, 46.38 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşdirmə ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 3 ədəd X2 Ks Pro qol saatı üçün 864.3 manat ödənilməmiş hissə, 259. Manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Mychoice Case, 2 ədəd Vinil Şəffaf, İmei kodu **********14370 olan Oppo A 58 markalı telefon üçün 658.2 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 manat, 197.6 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Tozsoran Philips üçün 418.5 manat ödənilməmiş hissə, 125.55 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, X4 üçün 69.5 manat ödənilməmiş hisssə, 20.85 manat cərimə ümumilikdə, 2637.25 manat borc və 46.38 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarasınız. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********24912 İPHONE 13 markalı telefon, MYCHOİCE CASE, 2 ədəd VİNİL ŞƏFFAF, İmei kod **********14370 OPPO A58 markalı telefon, TOZSORAN PHİLİPS, MİNİ SOBATESTA almış və nəticədə 2637.25 (iki min altı yüz otuz yeddi manat, 25 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1096.66 (min doxsan altı manat, 66 qəpik) manat (18 ay x 60.37 manat + 10 manat ilkin ödəniş) olan 3 ədəd X2 KS PRO qol saatıüçün ümumilikdə, 1123.59 (min yüz iyirmi üç manat, 59 qəpiik) manat olmaqla ondan, 864.3 (səkkiz yüz altmış dörd manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 259.29 (iki yüz əlli doqquz manat, 29 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 912.96 (doqquz yüz on iki manat, 96 qəpik) manat (18 ay x 50.72 manat + 0 manat ilkin ödəniş) olan MYCHOİCE CASE, 2 ədəd VİNİL ŞƏFFAF, İmei kod **********14370 OPPO A58 markalı telefon üçün ümumilikdə, 879.26 (səkkiz yüz yetmiş doqquz manat, 26 qəpik) manat olmaqla ondan 658.2 (altı yüz əlli səkkiz amnat,20 qəpiik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirçi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 197.46(yüz doxsan yeddi manat, 46 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600.14(altı yüz 14 qəpik) manat (18 ay x 32.23 manat + 20 manat ilkin ödəniş) olan TOZSORAN PHİLİPS üçün ümumilikdə, 544.05 (beş yüz qırx dörd manat, 5 qəpik) manat olmaqla ondan, 418.5 (dörd yüz on səkkiz manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 125.55(yüz iyirmi beş manat, 55 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 237.29 (iki yüz otuz yeddi, 29 qəpik) manat (3 ay x 70.43 manat + 26 manat ilkin ödəniş) olan MİNİ SOBATESTAüçün ümumilikdə, 90.35 (doxsan manat, 35 qəpik) manat olmaqla ondan, 69.5 (altmış dqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.85 (iyirmi amnat, 85 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 836.55 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh qeydiyyat yeri olan Lənkəran rayonu, Şürük kəndinə bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran rayon, Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən "xxxx" MMC ilə Cavabdeh arasında İmei kod **********24912 İPHONE 13 markalı telefon, MYCHOİCE CASE, 2 ədəd VİNİL ŞƏFFAF, İmei kod **********14370 OPPO A58 markalı telefon, TOZSORAN PHİLİPS, MİNİ SOBATESTA alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan təhvil təslim aktından görünür ki, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********24912 İPHONE 13 markalı telefon, MYCHOİCE CASE, 2 ədəd VİNİL ŞƏFFAF, İmei kod **********14370 OPPO A58 markalı telefon, TOZSORAN PHİLİPS, MİNİ SOBATESTA Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, və xx.xx.2024-cü il müqavilələr üzrə Cavabdeh 2637.25 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 50.72 manat, cəmi 913.03 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixədək, hər ay 70.43 manat, cəmi 237.29 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 60.37 manat, cəmi 1096.63 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 32.23 manat, cəmi 600.06 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 46.38 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh kredit razılaşması üzrə borcun xeyli hissəsini məhkəməyə müraciət edilənədək ödəmişdir. Həmin kredit razılaşması üzrə 603.15 manat cərimə məbləği müqavilənin Cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, həmin məbləğ faiz borcu ilə müqayisədə və ümumilikdə yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehlərin mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Məhkəmə qərara gəlir ki, cavabdeh X1 maddi vəziyyəti və onun borcun xeyli hissəsini məhkəməyə müraciət edilənədək ödəməsi nəzərə alınmaqla iddia tələbinin 603.15 manat cərimə tutulmasına dair hissəsi qismən – 164 manat həddində təmin edilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. . Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə xx.xx.2024-cü il tarixli müqaviləyəəsasən, 3 ədəd X2 Ks Pro qol saatı üçün 864.3 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Mychoice Case, 2 ədəd Vinil Şəffaf, İmei kodu **********14370 olan Oppo A 58 markalı telefon üçün 658.2 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 manat, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Tozsoran Philips üçün 418.5 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, X4 üçün 69.5 manat ödənilməmiş hisssə olmaqla 2034,1 manat əsas 164 manat cərimə ümumilikdə 2194,1 manat borc və 46,38 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar